MorjСоколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 110. — 10 000 экз () və ya su inəyi (erkəyinə su öküzü də deyilir) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir.

Görünüşü Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir. Xariçi qulaq eyvanı yoxdur, gözləri kiçikdir.

Dərisi sarı rəngli tükcüklərlə sahibdir. Yaşlandıqca tüklərin sayı azalır. Yaşlı fərdlərdə demək olar ki, tük olmur. Ətraflar quruda daha çox hərəkət etməyə vərdişlidir. Morjlar gəzə bilirlər. Onlar suitilərdən fərqli olaraq sürünmürlər.

Anatomiya thumb|right|Morj öz iri dişlərini buzun üzərinə çıxmaq məqsədi ilə istifadə edir. thumb|right|Skelet Sakit okean morjlarının erkəkləri bəzən 2000 kq çəki verə bilir. Adətən isə 800 - 1700 kq arası olurlar. Atlantik yarımnövü ölçü baxımından 10—20 % kiçik olurlar. Atlantik yarımnövünün dişləri kiçik olur. Sakit okean yarımnövü isə ölçü baxımından nisbətən iri olurlar. Dişilər erkəklərdən bəzən üç dəfə kiçik olurlar. Atlantik yarımnövünün dişiləri 560 kq, bəzən isə 400 kq, Sakit okean yarımnövünün dişisi isə 794 kq və 2,2 - 3,6 m uzunluğunda olur. Bu canlılarda əsasən iki çüt süd döşü olur. Nadir hallarda 5 süd döşü müşahidə edilir. Süd vəzləri qalın dərinin altında yerləşir. Bəzən müxtəlif səslər çıxarırlar.

Dişləri Morjları digər dəniz calılarından fərqlədirən əsas xüsusiyyətləri iki iri uzun dişləridir. Onların hər biri bəzən bir metrə çata bilir. Çəkiləri isə 5,4 kq təşkil edir. Bu dişlər erkklərdə dişilərə nisbətdə iri olur. İri dişə sahib erkək qrupun liderinə çevrilir. Diş onların asanlıqla su səthinə çıxmağa yardım göstərir.

Dərisi Morjlar qalın dəriyə malik olurlar. Erkəklərin boyun və qol nahiyyəsində dərinin qalınlığı 10 sm təşkil edir. Piy qalınlığı 15 sm olur. Cavan fərdlərin dərisi tünd-qəhvəyi, yaşlılarda isə solğuldur. Bəzən tamamən ağ rəngdə olurlar.

Yarımnövləri Morjlar üç yarımnövə bölünür:

Bəzən müstəqil yarımnöv hesab edilir. Analizlər nəticəsində bu yarımnövün müstəqil olması isbat edilməmiş və Sakitokean yarımnövünün qərb populyasiyası olması isbat edilmişdir.

Yayılma və populyasiya 1990-ci il qiymətləndirilməsinə görə Sakit okean yarımnövünün sayı 200 min baş olmuşdur. Sakitokean populyasiyasının böyük qismi Berinq boğazı və Çukot dənizi sularında yayılmışlar. Arealın şimal sərhədi Vrangel adası və Bofort dənizinin şimal hissəsini əhatə edir. Cənub arealı isə Çukot yarımadası ətrafı ərazilərdə Bristol körfəzi və Anadır körfəzi ətrafı ərazilərdə yerləşir. Onların qalıqları hətta Şimali Kaliforniya sahillərində belə rast gəlinmişdir. Son buzlaşma dövründə onların bu ərazidə yaşaması faktdır

Atlantik morjunun demək olar ki böyük hissəsi ovlanmışdır. Hazırda sayları 20 min baş olaraq qiymətləndirilir.[NAMMCO] North Atlantic Marine Mammal Commission. 1995. Report of the third meeting of the Scientific Committee. In: NAMMCO Annual Report 1995, NAMMCO, Tromsø, pp. 71-127.. Bu yarımnövün arealı Arktik Kanada, Şpitsbergen və Qrenlandiya sahillərini təşkil edir.. Atlantik okeanın şərq sahillərində əsasən Kanada sahillərində görünürlər

Laptev morj populyasiyası əsasən Laptevlər dənizi, Kara dənizinin şərq və Şərqi Sibir dənizinin qərb hissəsində yayılmışdır. Sayları 5-10 min baş olaraq qiymətləndirilir.

Xüsusiyyətləri Morjlar olduqca təhlükəli canlılardır. Onlar iri dişləri ilə hətta qayığı belə dağıda bilirlər. Nadir hallarda onlar özləri birinci hücum edirlər. Qrup halında yaşayırlar. Sualtında 10 dəqiqə qala bilirlər. Qidasının əsasını kiçik molyusklar və digər onurğasızlar təşkil edir. Onların suitlərə hücumu mümkündür. Morjlar həmçinin balıq yeyirlər. Üç-dörd ilə bir bala verirlər. 6 ay müddətində bala südlə bəslənir. Anaları ilə birlikdə 3-4 il yaşayırlar.

İri dişləri həm hücum, həm də müdafiə məqsədlidir.Fay, F. H. Ecology and Biology of the Pacific Walrus (Odobenus rosmarus divergens). — Washington, DC.: U. S. Dept. of the Interior, Fish and Wildlife Service, 1982. — 279 p.. Üstəlik erkəklər dişilərə sahiblənmək məqsədi ilə bir-biri ilə mübarizə aparırlar. Onlar dişlərinin hesabına buz və ya qayalı sahillərə çıxa bilirlər. Əbəs yerə yunanca adı «dişi ilə gəzən» mənasını bildirir.

Düşmənləri İnsandan bаşqa təbii düşmənləri, Ağ ayı və Osadır. Morjlar bəzən xariçi və daxili parazitlərdən əziyyət çəkirlər

Populyasiyanın müasir vəziyyəti thumb|right|. thumb|right XVIII—XIX əsrlərdə bu canlılara qarşı kütləvi ov həyata keçirilirdi. Bu isə Atlantik populyasiyasının demək olan ki, məhv olmuşdurlar.

Hazırda isə onlara qarşı ov qadağan edilmişdir. Bircə bu canlıların ovunu həyata keçirməyə şimal xalqları olan Eskimoslar və Çukçalara icazə verilmişdir.

Onlara qarşı ov əsasən yayın sonları həyata keçirilir. ət qaxac edilir və qış idasının əsasını təşkil edir. Bu ət şimal xalqlarının əsas qidasını təşkil edir. Bu canlıların sümükləri yerli xalqların folklor nümumələrində istifadə edilir.

Morjlara qarşı ov əsasən Rusiya, ABŞ, Kanada və Danimarka tərəfindən həyata keçirilirdi. Morjlara qarşı hazırda əsas təhlükə iqlim dəyişkənliyidir. Bu onların arealının daralmasına səbəb olur. Üstəlik qidaları azalır.

Hazırda bu canlıların dəqiq sayları haqqında məlumat yoxdur. Bununla belə bir çox ölkələrdə bu canlılar qırmızı kitaba daxil edilmişdir.

Maraqlı fakt thumb|Morj penisi, aleutlar tərəfindən qoparılmışdır. Uzunluğu 56 sm. Morj penisi 50 sm təşkil edir.

İstinadlar

Kateqoriya:Pərayaqlılar Kateqoriya:Morjlar Kateqoriya:Kanada məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Avropa məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:Haloarktik fauna Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Qrenlandiya məməliləri