Fumelye — siqarlar üzrə mütəxəssis, siqar somelyesi. Fumelye termini somelye və ispan sözü olan fumo (tütün çəkmək) sözlərinin birləşməsindən əmələ gəlib. Fumelyelər şərablarla yanaşı siqarlardan da yaxşı anlayışı olan restoran işçilərinə deyilir.

Tarixi Fumelye termini Havana siqarlarının ingilis idxalçısı olan Hunter & Frankau şirkətinin işçisi Simon Çeyzin zarafatı nəticəsində ortaya çıxmışdır. Belə ki əvvəllər somelyelər yalnız şəraba görə məsuliyyət daşıyırdılar, lakin siqarların populyarlaşması onların səlahiyyətlərini də genişləndirdi.

Funksiyası Fumelye müştəri üçün uyğun şərab və siqarı seçir, onu düzgün kəsir, həmçinin onun özəlliklərindən bəhs edir.

Həmçinin bax Somelye

İstinadlar Fumelye

Fumelye kimdir?

Kateqoriya:Tütünçəkmə