Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.

Tarixi

AMİ Şamaxı filialı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır."Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı.

ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır.

Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir.

ADPU Şamaxı filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur."Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az,

Mənbə Filiallar

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları Kateqoriya:26 noyabrda yarananlar Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Şamaxıda təhsil