thumbnail|300px|Nəhəng qaz planetləri. Aşağıdan yuxarı: Yupiter, Saturn, Uran və Neptun. Nəhəng planetlər () və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir.Jack J. Lissauer, David J. Stevenson (2006). "Formation of Giant Planets" (PDF). NASA Ames Araştırma Merkezi; California Institute of Technology. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir.
Yupiter
Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır. Əsasən hidrogen və heliumdan formalaşmışdır. Yupiterin daxili istiliyi atmosferində bulud qurşaqları və Böyük qırmızı ləkə kimi müvəqqəti quruluşların yaranmasına səbəb olur. Yupiterin müəyyən olunmuş 63 təbii peyki vardır. Bunlardan ən böyükləri Qanimed, Kallisto, İo və Avropadır. Bu peyklər vulkanik fəallıq və daxildən isinmə kimi xüsusiyyətlərinə görə daxili planetlərlə oxşardırlar.Pappalardo, R T (1999). "Geology of the Icy Galilean Satellites: A Framework for Compositional Studies". Brown University. Günəş sisteminin ən böyük təbii peyki olan Qanimed Merkuridən daha böyükdür.
Saturn
Saturn Günəşdən uzaqlığına görə 6-cı planetdir. Böyüklüyünə və ağırlığına görə Yupiterdən sonra 2-cidir. Saturn Yerdən müşahidə oluna bilən geniş halqaları ilə tanınır və atmosferinin xüsusiyyətləri Yupiterlə oxşarlıq göstərir. Saturunun 60 məlum olan və 3 təsdiqlənməmiş təbii peyki vardır. Bu peyklərdən Titan və Enkelad buzdan təşkil olunmalarına baxmayaraq vulkanik aktiv peyklərdir.J. S. Kargel (1994). "Cryovolcanism on the icy satellites" . U. S. Geological Survey. Titan Merkuridən böyükdür və Günəş sistemində diqqətəlayiq qalın atmosferə sahib olan tək peykdir.
Uran
Uran Günəşdən uzaqlığına görə yeddinci planetdir. Böyüklüyünə görə görə Yupiter və Saturndan sonra üçüncü olsa da, çəkisinə görə Neptundan daha yüngüldür və dördüncü pillədə durur. Planetlərin içində ekliptik ilə 90 dərəcədən çox bucaq altında meyilliyə sahib olan tək planetdir. Günəşin ətrafında yanı üstə yatmış formada dönür. Nüvəsi digər nəhəng qaz planetlərindən daha soyuqdur və kosmosa daha az istilik yayır.Hawksett, David; Longstaff, Alan; Cooper, Keith; Clark, Stuart (2005). "10 Mysteries of the Solar System" . Astronomy Now. Uranın 27 bilinən təbii peyki vardır. Bunlardan ən böyükləri Titaniya, Oberon, Ambriel, Ariel, Mirandadır.
Neptun
Neptun Günəşdən uzaqlığına görə səkkizinci planetdir. Neptun böyüklüyünə görə Yupiter, Saturn və Urandan sonra dördüncü pillədə dursa da, Urandan daha ağırdır və ağırlığına görə üçüncü pillədə durur. Daxili istiliyi Yupiter və Saturndan daha azdır.Podolak, M.; Reynolds, R. T.; Young, R. (1990). "Post Voyager comparisons of the interiors of Uranus and Neptune" . NASA, Ames Research Center. Neptunun bilinən on üç təbii peyki vardır. Ən böyük peyki olan Triton maye azotdan olan qeyzerləri ilə geoloji cəhətdən aktivdir.Duxbury, N. S., Brown, R. H. (1995). "The Plausibility of Boiling Geysers on Triton". Beacon eSpace. Triton Neptunun öz oxu ətrafında hərəkətinin əksinə hərəkət edir. Bu xüsusiyyətinə görə əksinə hərəkət edən ən böyük təbii peykdir.
İstinadlar
Xarici keçidlər Solar System Profile NASA's Solar System Simulator NASA/JPL Solar System main page Celestia — Open GL ilə hazırlanmış 3D simulyator proqramı. Our Solar System: Facts, Formation and Discovery
Həmçinin bax Günəş sistemi Daxili planetlər Asteroid qurşağı Koyper qurşağı
Kateqoriya:Günəş sistemi planetləri Kateqoriya:Planet növləri