Nilüfər Xatun () — Orxan Qazinin cariyə və I Muradın anasıdır. O, Osmanlı sultanının anası olan ilk xristian əsilli qul idi.

Həyatı Əsl adı Holofiradır. Müsəlman olduqdan sonra "Nilüfər" adını almışdır. Orxan Qaziylə evləndirilmədən öncə Biləcik Təkfurunun oğluyla nişanlı idi. Osmanlıların Biləciyi ələ keçirməsi zamanı toy mərasiminə edilən basqınla əsir alındığı və Osman Qazi tərəfindən oğlu Orxan Qazi ilə evləndirildiyi söylənilir. Bursa və ətrafında inşa etdirdiyi məscidlər və elədiyi xeyriyyə işləri ilə xalq tərəfindən çox sevilmişdir. Qəbri Bursadakı Orxan Qazi türbəsinə dəfn edilmişdir. İznikdə öz adını daşıyan bir imarətxanası var.

Həmçinin bax Orxan Qazi I Murad Validə sultanlar

İstinadlar

Kateqoriya:Osmanlı sultanlarının anaları Kateqoriya:Osmanlı sultanlarının xanımları Kateqoriya:Validə sultanlar