Katsuaki Vatanabe (13 fevral 1942 Mie prefekturası, Yaponiya) — Toyota şirkətinin İdarə Heyətinin sədri.
Katsuaki Vatanabe 1964-cü ildə Tokiodakı Keio Universitetin bitirmiş və Toyota şirkətində işə başlamışdır. Şirkətin müxtəlif bölmələrində çalışan Vatanabe 1992-ci ildə İdarə Heyətinə daxil oldu.
2005-ci ilin iyun ayında Fudzio Çonun yerinə "Toyota Motor Company"nin İdarə Heyətinin sədri seçilmişdir.
Evlidir, üç qızı var. Tokioda yaşayır. 2005 və 2007-ci illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 şəxsi siyahısına daxil edilmişdir.
Xarici keçidlər Watanabe, Katsuaki
Kateqoriya:Mie prefekturasında doğulanlar