Lvov şəhərindəki Müqəddəs Georgi (Yur) arxikafedral kilsəsi () və ətrafındakı Müqəddəs Bazilian ordeni Böyük Bazili Ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan bina. 1744–1762-ci illərdə barokko-rokoko üslubunda inşa edilmiş və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir. Katedral XIX və XX əsrlərdə kafedral Ukrayna Yunan Katolik Kilsəsinin (Şərqi Katolik Kilsələri) ana kilsəsi kimi xidmət etmişdir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir.Львів. Туристичний путівник. — видавництво "Центр Європи".— Л., 2007.— С. 166
1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsunkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir.
Müqəddəs Georgi kafedralının çox əsirlik memarlıq tarixini, onun əsas tikintisinin tarixinə əsasən şərti olaraq iki böyük dövrə bölmək olar. Birinci dövr demək olar ki, min ildən bir qədər az zaman kəsiyi boyunca davam edirdi, yəni rahiblərin məskunlaşdığı evin tikintisinin başlanğıcından təxminən XVIII əsrin ortalarına qədər — məhz həmin dövrdə köhnə kilsə dağıdılmışdır. İkinci dövr yeni kilsənin tikintisi ilə başlamışdır; bu bina gələcək ansamblın məqsədyönlü formalaşmasında aparılan hesablamanın yeni nöqtəsi olmuşdur. İnşaat işləri XIX əsrdə tamamlanmışdır (məhz həmin dövrdə hazırda kompleksdə mövcud olan sonuncu köməkçi tikili inşa edilmişdir).
Tarixöncəsi
Knyaz dövrü Qədim əfsanəyə görə, insanlar bu əraziyə təxminən 1280-ci ildə məskunlaşmışdılar. O zamanlar bu ərazidə böyük mağara mövcud idi. Bu mağaranın süni və təbii şəkildə formalaşması indiyə qədər aydınlaşdırılmamışdır. Burada rahib Vasili (Vasilisk) xəlvətə çəkilir və arası kəsilməyən dualarda özünün yerdəki günahlarını təmizləyirdi. Bu əfsanə hələ qədim zamanlardan bəri sadə insanların dilində idi, ancaq salnamə şəklində, o ilk dəfə olaraq tədqiqatçı və Lemberq şəhərinin burqomistri Yuzef Bartolomey Zimoroviç tərəfindən XVII əsrdə yazılmışdır. Ukraynalı memar və sənətşünas Vladimir Yefimoviç Soçinskinin bildirdiyinə görə, sirli Vasilisk haqda bəhs edən bu əfsanədə qəribə şəkildə ayrı-ayrı hadisələr və şəxslər bir-biri ilə qarşımışdır. Həqiqətən də, qədim salnamələrdən məlum olur ki, knyaz Vasilko Romanoviç 1259-cu ildə şəxsi iradəsindən asılı olmayaraq Sudomir şəhərinə yollanan Monqol-Tatar sərkərdəsi Burundayanın düşmən dəstələrini müşayiət edirdi. Bu hadisə knyazın könüllü şəkildə yadellilərə təslim olmağa məcbur olması və hətta Vladimir-Volınski şəhərinin müdafiə divarlarını yandırmasından sonra baş vermişdir.Літопис руський / Переклад з давньоруської Л. Є. Махновця; Відповідальний редактор О. В. Мишанич. — К.: Дніпро, 1989.— С. 422–423 Mənbənin məlumatına görə tatarların Sudomirə yürüşü nəticəsində şəhərin bütün sakinləri həlak olmuşdu. Lakin, şübhəsiz ki, knyaz əfsanədə göstərilən tarixdən daha əvvəl, 1269-cu ildə vəfat etmiş və Xelm şəhərinin mərkəzində yerləşən Müqəddəs Tanrı anası məbədində dəfn edilmişdir.Там же. С. 428 Məhz buna görə də, sirli Vasiliskin şəxsiyyəti müxtəlif və çoxmənalı izah etmələrə malikdir. Məsələn, polşalı tədqiqatçı A. Çolovski tarixçi İsidor Şaraneviçin ardınca əfsanəvi Vasiliski "Troydenovanın oğlu Lavriş Rimont" olaraq identifikasiya etmişdir.Львов во времена русского владычества / Пер. с польского — Пб.: Тип. О-ва А. С. Суворина, 1915.— С. 63
Müqəddəs Georgi dağında birinci kilsənin inşası barəsində bəhs edən digər versiyalar da mövcuddur. Xüsusi olaraq daha inandırıcı versiya mövcuddur ki, Georgi kilsəsinin və ətrafındakı geniş monastırın əsasını Qalisiyalı knyaz Lev Daniloviç qoymuşdur; o, Haliç şəhərindən (indiki İvano-Frankovsk vilayətində yerləşən şəhər) atası Daniil Romanoviçin qalıqlarını həmin bu dini kompleksə köçürmüşdürСічинський В. Архітектура катедри св. Юра у Львові… С. 36. Poltva çayının əks sahilində yerləşən Qəsr dağı ilə müqayisədə, müqəddəs Georgi dağının qeydə alınmış nisbi və mütləq hündürlüyü, eləcə də tikinti üçün yararlı ümumi ərazisi o qədər də böyük deyildi. Bununla belə, Martin Qruneveqin məlumatına görə (o bu məlumatı yaşlı insanlardan eşitmişdir), Lvov qəsrinin inşası zamanı məhz bu dağ knyaz xidmətçilərinini diqqətini cəlb etmişdir. Daha sonra knyazın sərəncamına uyğun olaraq burada müqəddəs Georgi (Yur) şərəfinə daş kilsənin əsası qoyulmuşdur. M. Qruneveq hətta belə bir nəticə çıxartmışdır ki, "… Yur kilsəsi əks tərəfdə yerləşən qəsrdən sonra şəhərin ikinci binası idi".Ґруневег М. Опис Львова // Жовтень. — 1980. — № 10. — С. 111
Monastırın başqa güman edilən banilərinin arasında həmçinin knyaz I Yuri Lvoviçin də adı hallanır, amma bu versiyalardan birinin birmənalı sənədli təsdiqi və ya sübutu yoxdur.Крип'якевич І. П. Історичні проходи по Львові… С. 123
İthafa gəlincə isə, bir çox tədqiqatçılar birmənalı olaraq kilsənin elə əvvəlcədən müqəddəs Georginin adı ilə bağlı olduğuna və inşaat işlərindən sonra məhz onun şərəfinə təqdis edildiyinə əmin idilər. Buna baxmayaraq, məbəd-memarlıq nümunələrinin tarixçələrinə nəzər yetirsək, fərqli dövrlərdə və müxtəlif şərait səbəbindən, xüsusilə də konfesiyaların dəyişdirilməsi zamanı baş verən təkrar təqdisetmə ənənələrini görmək olar. Ümumiyyətlə, müqəddəs Georgi naminə yaradılmış kilsələr pravoslavların və yunan-katoliklərin arasında kifayət qədər geniş yayılmışdır. Buna həmçinin Lvov yeparxiyasının tabeliyində olan və şərq üslubunda dini mərasimləri keçirən kilsələrin statistik tədqiqatları şahidlik edir.Szolginia W. Ikonografia dawnego Lwowa. — Cz. 1: Najstarsze widoki Lwowa. — Warszawa: PAN Instytut Sztuki, 1991
Yeni tədqiqatçı İ. Mitskonun fikrincə, QalitsQalisiya vilayətinin knyazı II Yurinin (daha doğrusu Boleslav Troydenoviçin) 7 aprel 1340-cı ildə öldürülməsi (o, qalitsQalisiyaarlar tərəfindən zəhərlənmişdir. Versiyalardan birinə görə, onu katolisizm dininə həddindən artıq meyl göstərdiyinə və bu dini bütün Ukrayna ərazisinə yaymağa çalışdığına görə zəhərləmişdilər) məhz müqəddəs Georgi kilsəsində baş vermişdir.Мицько І. Новознайдені історичні джерела про церкви Галичини ХІІ-ХІІІ ст. // Давні обителі України. Архітектура: Темат. зб. Святопокровського монастиря Студійського уставу. — Львів, 2002. — Вип. 13 II Yurinin ölümündən dərhal sonra, Polşa kralı III Kazimir Lvov şəhərini işğal edir. Hücum zamanı, qədim əfsanələrə görə, böyük yanğının atəşində müqəddəsin Yurun birinci məbədi yanır və məbədin məhv olmasından əvvəl monastır rahibləri sanki qısa bir müddət ərzində hücum etmişlərdən qorunurdular, amma mübarizə edən tərəflərin gücləri təbii ki bərabər deyildi.Січинський В. Архітектура катедри св. Юра у Львові. — Львів: Накл. Богословського наукового товариства, 1934.— С. 37 Başqa müəlliflər isə, heç bir faktlarla öz təsdiqini tapmamış bu informasiyanı uydurma hesab edir və Lvov şəhərində həmin dövrdə baş vermiş genişmiqyaslı dağıntıların məsuliyyətini Qalisiyalığının mirasına iddia edən litvalı ordu dəstələrinin üzərinə qoyurlar.Чоловский А. Львов во времена русского владычества / Пер. с польского — Пб.: Тип. О-ва А. С. Суворина, 1915.— С. 75
Müqəddəs Yur (Georgi) kilsəsinin faktiki mövcudluğunun birinci danılmaz sübutu, indiyə kimi baş kilsənin zəng qülləsində yerləşən və mis materialdan hazırlanan cingiltili zəngin üzərindəki memorativ şəkildə təqdim edilmiş yazılı informasiyanı hesab etmək olar. Qədim kiril əlifbası ilə yazılmış mətndə deyilir:
Bu əmrdən ən azı iki əhəmiyyətli nəticə çıxartmaq olar: birincisi, knyaz Dmitrinin adının yada salınması, kilsə zənginin istehsalında onun ehtimal olaraq, bilavasitə patron və ya ianəçi rolunda iştirakını göstərir, ikincisi isə, xronologiya nöqteyi-nəzərindən bu informasiya onu göstərir ki, Kazimirin müdaxiləsindən bir il sonra, kilsə iqumen Yevfiminin başçılığı altında və monax evinin nəzdində öz fəaliyyətini davam edirdi.
Bir sıra tədqiqatçılar birinci kilsənin məhz taxtadan inşa edilməsi ilə razılaşmırlar. Xüsusi olaraq Y. Dıba tərəfindən təfsilatı ilə əsaslandırılmış başqa bir versiya mövcuddur: birinci kilsə taxtadan inşa edilməmişdir, əksinə o, yonulmuş daş blokların köməyi ilə dağın başında hörülmüşdür.Диба Ю. Невикористані писемні свідчення про початки церкви святого Юра у Львові // Вісн. Львів, університету. Сер. "Мистецтвознавство". — 2005.— Вип. 5.— C. 152–160.
Köhnə kilsə bir neçə dəfə dağılmaya və nəzarətsiz yenidən qurmalara məruz qalmışdır. Belə ki, M. Qruneveq hələ XVII əsrin əvvəllərində öz xatirə kitabçasında bunları yazmışdır: "Mənim vaxtımda o tamamilə yenidən qurulmuşdur". Tarixçi və rahib A. Petruşeviçin yazılarından məlum olur ki, kilsə tez-tez müxtəlif cür təbii fəlakətlərin qurbanı olurdu: "Pasxa bayramının birinci bazar günü, qəfil ildırım çaxdı və o müqəddəs Yur kilsəsinin xaçına və xaçın quraşdırıldığı daşa vurdu və o (yəni ildırım) kilsənin obrazları yandırdı, mərkəzdə yerləşən yüksək taxtı isə iki hissəyə parçaladı".Петрушевич А. Сводная Галицко-Русская летопись с 1600 по 1700 год. — Львов, 1874.— С. 34 Həmçinin bildirilirdi ki, "…1643-cü ildə […] müqəddəs Yur kilsəsi yanır, 1648-ci ildə isə, Lvov şəhərini düşmən ordusundan mühafizə edən yerli sakinlər bir yerə toplaşaraq, mərkəzdən kənarda yerləşən bütün tikililəri yandıraraq məhv edirlər… müqəddəs Georgi kilsəsinin içərisində ölənə qədər döyülmüş 54 insanın meyiti aşkarlanır. Onların içərisində bir tatar əsilli insan da vardı ki, onu da yerlilər taxtın üstünə ataraq qətlə yetirmişdilər…".Бевзо О. А. Львівський літопис і Острозький літописець: Джерелознавче дослідження. — К.: Наук, думка, 1971. — С. 120, 123 Həmçinin məlumdur ki, ətraf ərazilərə 1672-ci ildə yürüş edən Osmanlı ordusu kilsəyə əhəmiyyətli dərəcədə ziyan vurmuşdular.
Polşa dövrü 320px|thumbnail|right|Karl Auer — Müqəddəs Georgi kafedralı, 1837. Rəsm əsərində kafedralın cənub və qərb fasadları, ətrafındakı yaşayış yerləri, ön planda isə kafedral bağı təsvir edilmişdir. Qədim ədəbi mənbələrdə müqəddəs Yura ithaf olunmuş daş kafedralın inşası barəsində ilk yazılı qeydlər, XVII əsrdə yaşamış məşhur lvovlu müşavir, tarixçi və burqomistr Bartolomey Zimoroviçin "Leopolis Triplex" (Üçqat Lvov) adlı əsərində vardır; bu əsəri həmçinin bəzən şərti olraq "Zimoroviçin xronikaları" da adlandırırlar. Xronikanın müəllifi mətnin müxtəlif yerlərində kilsənin tikintisi haqqında məlumat verir (həmin mətndə iki müxtəlif tarix — əvvəlcə 1363, daha sonra isə 1437-ci il göstərilmişdir). Tripleks əsərində müqəddəs Yur barəsində əlavə xatırlamalar da təqdim olunmuşdur.
Məlumdur ki, Zimoroviç qədim zamanlarda baş vermiş bu hadisələrin şahidi deyildi, buna görə də onun əməyi istənilən kompilyativ xronika olaraq təbii ki, yanlışlıq və səhvlərdən məhrum olmamışdır. Bundan başqa, B. Zimoroviçin tərtib etdiyi xronikanın başqa bir yerdə aşkar edilmiş və daha gec tarix altında (daha dəqiq 1437-ci ildə) təqdim edilmiş təxmini analoji məlumatları, müqəddəs Yur köhnə kilsəsi barəsində göstərilmiş bu cür şübhələrin xeyrinə ola bilərdi:
Xronikalaşdırılmış bu iki təqdimatda qəti həqiqəti, təhrif və ya əsassız ehtimallardan ayırd etmək çox çətin və praktiki olaraq qeyri-mümkündür. Ona görə də B. Zimoroviçin əsərindəki bu iki ziddiyyətli məlumatlar, daha sonralar tədqiqatçı və şərhçilər tərəfindən müxtəlif cür izah edirlidi.