Azərbaycan Respublikasında seçkilər — Azərbaycan Respublikasında prezident seçkiləri, parlament seçkiləri və yerli seçkiləri haqqında məlumat verir.
Azərbaycan Respublikasında dövlət başçısı — Azərbaycan Respublikası Prezidenti, ali qanunverici orqan — Azərbaycan Respublikası Milli Məclisi və yerli idarə orqanı — bələdiyyələr, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. 2002-ci ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, 100 deputat majoritar seçki sistemi ilə seçilib və 25 deputat proporsional seçki sistemi ilə seçilib. Milli Məclis seçkilərində siyasi partiyalar və müstəqil deputatlar mandat qazanmaq üçün yarışır.
Azərbaycan Respublikası Prezidenti, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir və prezidentin seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.
1 sentyabr 2024-cü ildə son parlament seçkiləri keçirilib. 7 fevral 2024-cü ildə isə son prezident seçkiləri keçirilib.
Son seçkilər
2024 Prezident seçkiləri
+NamizədTopladığı səsSay%+/-İlham Əliyev4 577 69392.12% 6Zahid Oruc107 8772.17% 0.95Fazil Mustafa98 6231.98% — Qüdrət Həsənquliyev85 6071.72% 1.3Razi Nurullayev39 7270.80% 0.08Elşad Musayev32 9560.66%YeniFuad Əliyev26 5610.53% — Etibarlı səslərin sayı4 957 967Etibarsız səslərin sayı9 828Ümumi səslərin sayı4 967 795Seçicilərin sayı6 254 556Seçici aktivliyi: 73,76%Mənbə:
2020 parlament seçkiləri
Siyasi partiyaSədrSəsMandat#%+\-Sayı+\-Mandat qazananYeni Azərbaycan Partiyasıİlham Əliyev 1Bitərəf -Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı 1Ana Vətən PartiyasıFəzail AğamalıDemokratik İslahatlar PartiyasıAsim MollazadəAzərbaycan Demokratik Maarifçilik PartiyasıElşən Musayev 1Bütöv Azərbaycan Xalq Cəbhəsi PartiyasıQüdrət HəsənquliyevBöyük Quruluş PartiyasıFazil MustafaVəhdət PartiyasıTahir Kərimli11 347 0.08 1Vətəndaş Birliyi PartiyasıSabir HacıyevMandat qazanmayanAzərbaycan Demokrat PartiyasıSərdar CəlaloğluAzərbaycan Milli İstiqlal PartiyasıArzuxan Əlizadə 3 077 0.22Azərbaycan Sosial Demokrat PartiyasıAraz Əlizadə 1Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn KazımlıAzərbaycan Ümid Partiyasıİqbal AğazadəBöyük Azərbaycan PartiyasıElşad MusayevMilli Dirçəliş Hərəkatı PartiyasıFərəc Quliyev 1Müsavat PartiyasıArif Hacılı 38 814 0.67Vətəndaş və İnkişaf PartiyasıƏli Əliyev
Prezident seçkiləri Azərbaycanda prezident seçkiləri (1991) Azərbaycanda prezident seçkiləri (1992) Azərbaycanda prezident seçkiləri (1993) Azərbaycanda prezident seçkiləri (1998) Azərbaycanda prezident seçkiləri (2003) Azərbaycanda prezident seçkiləri (2008) Azərbaycanda prezident seçkiləri (2013) Azərbaycanda prezident seçkiləri (2018) Azərbaycanda prezident seçkiləri (2024)
Parlament seçkiləri Azərbaycan SSR Ali Sovetinə seçkilər (1990) Azərbaycanda parlament seçkiləri (1995) Azərbaycanda parlament seçkiləri (2000) Azərbaycanda parlament seçkiləri (2005) Azərbaycanda parlament seçkiləri (2010) Azərbaycanda parlament seçkiləri (2015) Azərbaycanda parlament seçkiləri (2020) Azərbaycanda parlament seçkiləri (2024)
Bələdiyyə seçkiləri Azərbaycanda bələdiyyə seçkiləri (1999) Azərbaycanda bələdiyyə seçkiləri (2004) Azərbaycanda bələdiyyə seçkiləri (2009) Azərbaycanda bələdiyyə seçkiləri (2014) Azərbaycanda bələdiyyə seçkiləri (2019)
Təkrar əlavə və yeni bələdiyyə seçkiləri Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006) Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2011)
Referendumlar SSRİ Referendumu (1991) Azərbaycanda Müstəqillik Referendumu (1991) Azərbaycanda Etimad Referendumu (1993) Azərbaycanda Konstitusiya Referendumu (1995) Azərbaycanda Konstitusiya Referendumu (2002) Azərbaycanda Konstitusiya Referendumu (2009) Azərbaycanda Konstitusiya Referendumu (2016)
Həmçinin bax Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Seçki hüququ Majoritar seçki sistemi Proporsional seçki sistemi
Qeydlər
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası