Kanto düzənliyiКанто, сəhифə 251. // Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, 592 сəhифə. () və ya Tokio düzənliyi () — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir.Chapter 4: Japan, page 118. // The Handbook of East Asia . Author: Michael Kort. Minneapolis: Twenty-First Century Books, 2005, 272 pages. ISBN 9780761326724Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 74. // Japan: A Country Study . Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 78. // Japan: A Country Study . Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319 Sahəsi 13 min km²–dir. Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır. Tektonik çökəklikdir. Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur. İqlimi rütubətli mülayimdir. Sıx çay şəbəkəsi var. Çayları (): Toneqava (), Karasuqava (), Vataraseqava (), Omoiqava (), Kinuqava (), Taqava (), Kokaiqava (), Qoqyoqava (), Tamaqava (), Akikava (), Saqamiqava (), Arakava (), Edoqava (), Sumidaqava (), Kuciqava () və . Gölləri (): Kasumiqaura (), Kitaura (), İnbanuma (), Teqanuma (), Uşikunuma () və Yanakakodur (). Düzənliyin əksər çayları başlanğıcını şimalda və ya qərbdə yerləşən dağlardan götürür, şərqdə Sakit okeana və ya cənub–qərbdə Tokio körfəzinə tökülürlər. Çaylardan ən irisi (322 km)Japan, page 41. // Junior Worldmark Encyclopedia of Physical Geography. Volume 3: Indonesia to Mongolia . Editors: Karen Ellicott and Susan Bevan Gall. Farmington Hills: The Gale Group, Inc., 2003, LXV+ 169 pages. ISBN 0787662682 uzunluğuna görə ölkənin ikinci böyük çayı hesab edilən və şərqdə Sakit okeana tökülən Toneqavadır. Tez–tez zəlzələ olur. Kanto regionunda 1923–cü ildə baş vermiş zəlzələ (Rixter şkalası ilə 7.9 bal) nəticəsində Tokio şəhəri dağılmış, Tokio–Yokohama ərazisində təqribən 130–143 min insan həyatını itirmişdi. Yaponiyanın "əsas kənd təsərrüfatı bölgəsi, ən önəmli sənaye və urbanizasiya mərkəzi olan" Kanto regionunda əhalinin (42.607.376 nəfər; 2010) əksəriyyəti Kanto düzənliyində məskunlaşmışdır. Düzənliyin ərazisində Tokio (8.949.447 nəfər; 2010), Yokohama (3.689.603 nəfər; 2010), Kavasaki (1.425.678 nəfər; 2010), Saytama (1.222.910 nəfər; 2010), Çiba (962.130 nəfər; 2010), Saqamihara (717.561 nəfər; 2010), Funabaşi (609.081 nəfər; 2010), Haçioci (579.799 nəfər; 2010), Utsunomiya (511.296 nəfər; 2010), Kavaquçi (500.311 nəfər; 2010), Matsudo (484.639 nəfər; 2010), İçikava (474.926 nəfər; 2010), Maçida (426.827 nəfər; 2010), Yokosuka (418.448 nəfər; 2010), Fucisava (409.734 nəfər; 2010), Kaşiva (404.079 nəfər; 2010) kimi böyük və çox sayda daha kiçik şəhərlər yerləşir. Ümumiyyətlə, Kanto regionu əhalisinin 95.07%–i (40.505.386 nəfər; 2010) şəhərlərdə yaşayır.
Şərhlər
İstinadlar
Xarici keçidlər Yaponiyanın fiziki xəritəsində Kanto düzənliyi. Miqyas 1 sm–də 20 km (1: 2 000 000)
Kateqoriya:Yaponiya düzənlikləri Kateqoriya:Qunma prefekturası relyefi