Tomas Qoltz (; ) — Amerika tarixçisi, jurnalisti və yazıçısı.
Həyatı və yaradıcılığı Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir (1985).
Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə Birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə Gürcü-abxaz münaqişəsi haqda bəhs olunur.
"Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilmiş, 2005-ci ildə türk dilinə tərcümə edilmişdir. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işıq üzü görmüşdür.
O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır.
2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.
Tomas Qoltz 28 iyul 2023-cü ildə vəfat edib. O, ABŞ-nin Montana ştatının Livinqston şəhərində yaşayırdı.
Kitabları Azerbaijan Diary (1998) Chechnya Diary (2003) Georgia Diary (2006) Assassinating Shakespeare: The True Confessions of a Bard in the Bush (2006)
Filmoqrafiya Montanada muğam (film, 2007)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri