Mir Mahmud Hotaki () — Qəndaharın üçüncü əmiri (1717–1725), Hotaki xanədanından Səfəvilər dövlətinin ilk şahı (1722–1725), Mir Veys xan Xotakinin (1673–1715) böyük oğlu. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və özünü də "şah" elan edir.

Hakimiyyəti dövrü Əfqan Mahmudun hakimiyyətə yiyələndikdən sonra atdığı ilk addımlardan biri şah xəzinəsini ələ keçirməsi olur. Hərçənd ki, Məhəmməd Möhsün «200 il ərzində toplanmış varidatın» əfqanların əlinə keçməsini vurğulayır, lakin L.Lokhart bunu şişirdilmiş məlumat adlandıraraq, «Mahmudun əlinə keçən zaman xəzinədə elə də böyük məbləğin olmasını» güman etmədiyini bildirir.Laurence Lockhart. The fall of the Ṣafavī dynasty and the Afghan occupation of Persia. Cambridge: Cambridge University Press, 1958, (XIII+583 p.) p. 192

Əfqan Mahmudun taxtda əyləşməsi münasibətilə ona ehtiram bildirməyə gələnlər üçün ziyafət verilir. Mahmudun hakim kimi tanıdılma mərasimini, xüsusi olaraq gətirdilmiş sabiq şah Sultan Hüseyn də seyr etməli olur. Daha sonra onun nazirləri, əyanlar, əsl-nəcabətlilər Mahmuda sədaqət andı içirlər. Beləliklə, əfqan uzurpatoru ölkə ərazisində öz hakimiyyətini bərqərar edir və 14 il ərzində Səfəvi sülaləsinin üzvləri şimali İranın müxtəlif hissələrində öz mövcudiyyatlarını kölgə şəklində davam etdirirlər.

İstinadlar Kateqoriya:Hotakilər Kateqoriya:Puştunlar Kateqoriya:İmperatorlar Kateqoriya:İranın dövlət başçıları