Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi.
Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcə də səyahət sahələrində fəaliyyət göstərib.Tarix
2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib. 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad "Garant Holing"lə (Qarant Holdinq) əvəzləyib.
Tərkibi Holdinqin tərkibində bu şirkətlər daxil idi:Qrup Strukturu
Bank of Azerbaijan Qarant Sığorta Agenti MMC Qarant Sığorta ASC "Garant İnşaat Sənaye" MMC Garant (Ucar) Aqro ("Mərcan" toyuqları) Rixos Quba Quba Olimpiya Kompleksi MMC Garant Media Holdinq ZQAN Construction Azbentonit Goranboy Gips ASC Göyçay Çınqıl TranEuroCom Telekommunikasiya Delfin Otel, Meridian hoteli, ZQAN Plaza, Kəhrəba restourants Royal Estate Royal Fakilities Managment daşınmaz əmlak Garant Agricultur Group KFC Azərbaycan M. Trans MMC Delfin MMC Turbo.az MMC
Həmçinin bax Ata Holdinq Cahan Holdinq Gilan Holdinq Paşa Holdinq
İstinadlar
Xarici keçidlər Sabiq rəsmi saytı "Paşa Bank": "Garant Holding'lə çəkişmə dayandırılıb"
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan holdinqləri Kateqoriya:2005-ci ildə yarananlar