Okinava uğrunda döyüş, həmçinin Aysberq əməliyyatı — əməliyyat Yaponiyanın Okinava adasının ABŞ ordusu tərəfindən amerikan və britaniya donanmasının yardımı ilə ələ keçirilməsindən ibarət olmuşdur. Döyüş İkinci Dünya müharibəsinin tərkib hissəsi olaraq sonuncu desant çıxartma əməliyyatından əvvəl baş vermişdir. Üstəlik Sovet-yapon müharibəsi öncə son döyüş olmuşdur. Döyüş 82 gün davam etmiş və ancaq 1945 ilin 23 iyulda başa çatmışdır.

İngilis dilində bu əməliyyat "Dəmir tayfun", yapon dilində isə At 60th anniversary, Battle of Okinawa survivors recall 'Typhoon of Steel' — News — Stripes , Allen, David; Stars and Stripes; April 1, 2005. adlandırılmışdır. Bu cür adların verilməsinin əsas səbəbləri ağır döyüşlər, fasiləsiz artilleriya atışları və ada ətrafına müttəfiqlərin sayı bəlli olmayaq gəmi və zirehli texnikasının toplanması, adaya olunan həmlələr buna rəvac vermişdir. Bu əməliyyat bütün Sakit okean cəbhəsinin ən qanlı döyüşlərindən olmuşdur. Döyüşdə yaponlar 100 000 əsgər və bir o qədər də mülki əhalisini itirmişdir. Müttəfiqlərdən isə 12 000 əsgər ölmüş (böyük qismi ABŞ vətəndaşı) və 38,000 çox insan yaralışdır. Yaralıların böyük qismi özlərini öldürməklə canlarını qurtarırdılar. İlk hücum zamanı adanın mülkü əhalisinin ⅓`i həlak olmuşdur. Əməliyyatın əsas hədəfi Yaponiyanın mühüm adalarından 544 km aralıda yerləşən iri adanın ələ keçirilməsi olmuşdur. Uzun sürən Sakit okeanda yerləşən mühüm adaların ələ keçirilməsi əməliyyatları başa çatdıqdan sonra () müttəfiqlər artıq Yaponiyaya yaxınlaşmışdılar. Okinava əməliyyatı "Daunfol əməliyyatına" tramplin rolu oynamalı idi. Bu məqsədlə Okinava hərbi hava qüvvələrinin bazası rolunu oynamalı idi. Hiroşima və Naqasakiyə atom bombasının atılması ilə və üstəlik yaponlar üçün gözlənilməz olan Sovet-yapon müharibəsi"Soviets declare war on Japan; invade Manchuria." History.com. A&E Television Networks, n.d. Web. 6 July 2014. <http://www.history.com/this-day-in-history/soviets-declare-war-on-japan-invade-manchuria >.Wilson, Ward. "Did Nuclear Weapons Cause Japan to Surrender?." YouTube. Carnegie Council for Ethics in International Affairs, 16 Jan. 2013. Web. 6 July 2014. <https://m.youtube.com/watch?v=CSSexxwDzgs >. sonda Yaponiyanın kapituliasiya aktına qol çəkməsinə səbəb olur. Bununla da əsas adalara hücum planı gercəkləşməmiş qalır.

Qüvvələr

Quru qüvvələri Əməliyyatlarda iştirak edən ABŞ hərbi qüvvələri general Saymon Bolivar Baknerin rəhbərlik etdiyi 10-cu diviziyası olmuşdur. Ordunun tərkibinə 2 korpus daxil idi. 3-cü korpusa general-mayor Roy Qaynerin rəhbərliyi altında 1-ci və 6-cı dəniz piyadaları diviziyası, 23-cü korpusa isə general-mayor Con Hocun rəhbərliyi altında 7-ci və 96-cı piyada diviziyaları daxil idi. 2 dəniz piyada diviziyası isə dənizdə hazır vəziyyətdə gözləyirdi. Bu iki diviziyaların döyüşlərdə iştirakına ehtiyac olmamışdır. Üstəlik 10-cu ordunun tərkibinə 27-ci və 77-ci diviziyalar daxil idi. Ümumilikdə 10-cu ordunun tərkibinə 102 000 ABŞ ordu əsgərləri, 88 000 ABŞ dəniz piyadaları və 18 000 ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri daxil idi.

left|thumb|32-ci yapon ordusunun idarə heyəti. fevral 1945 il. Yaponiya hərbi qüvvələri (özünü müdafiə) 32-ci ordunun 67 000 əsgəri (digər məlumata görə 77 000 əsgər) və 9 000 Yaponiya İmperiya donanmasının Oroku bazasında yerləşən (cəmi bir necə yüzü quruda döyüş təlimləri almışdı) qüvvələrindən ibarət idi. Üstəlik 39 000 yerli əhalidən ibarət olan könülülər də daxil idi (24 000 yerli özünü müdafiə təşkilatı olan "Boeytayda" və heç bir xüsusi geyimə malik olmayan 15 000 işçi). 1500 məktəbli "Dəmir və qan" adlı könüllü birlikdə müharibədə döyüşçülərə bir başa yardım göstərirdilər. 600 nəfər yuxarı sinif şagirdləri "Himeyuri" adlı sanitar yardım birliyinə cəlb edilmişdiHuber, Thomas M. Japan’s Battle of Okinawa, April-June 1945 , Command and General Staff College.

İlk əvvəl 32-ci diviziya 9-cu, 24-cü və 62-ci diviziyalardan və 44-cü birləşdirilmiş briqadasından ibarət idi. Yapon komandanlarının fikrinin dəyişməsi ilə 9-cu diviziya amerikanların adaya hücum etməsindən öncə Tayvana göndərilir. Əsas müdafiə qüvvələri adanın cənubuna yerləşdirilmişdi. Burada yerləşən orduya general-leytenant Usicima Mitsuru, onun qərargah rəyisi İsamu Ço və operativ bölmənin rəyisi Hiromişi Yuhari rəhbərlik edirdi. Yuhari müdafiə yönümlü strategiya tərəfdarı olsa da, Te isə hüçüm tərafdarı olmuşdur. Adanın şimalında yerləşən orduya pokovnik Takexido Udo rəhbərlik edirdi. Donanma heyəti kontr-admiral Minoru Otanın sərəncamında idi.

Amerikanların adaya 6–10 arası diviziya çıxaracağı qabaqcadan bəlli olmuşdur. Yapon ordusunun sərəncamında isə cəmi iki yarım diviziya vardı. Qərərgah amerikan ordusunun silahla təhcizatı baxımından yaponlardan altı dəfə üstün olmasını təxmin etmişdi. Üstəlik amerikanların qüvvəsinə donanma və hərbi hava qüvvələri güc qatırdı.

Donanma

ABŞ donanması Qırıcıların böyük qismi və bombardımançılar əsasən amerikan аviabazalarında yerləşirdilər. Leyte körfəz döyüşündən başlayaraq yaponlar pilot-kamikadze müdafiə taktikasından istifadə etməyə başlayırlar. 1 apreldən 25 may tarixinə qədər ki, müddətdə yaponlar tərəfindən 7 kamimadze hücumu təşkil edilmişdir. Bu hücumlarda 1500 təyyarə iştirak etmişdir. Okinava adası ətrafında müttəfiqlərin 1600 gəmisi vardı. Onlardan 40 Aviadaşıyıcı, 18 Linkor, 32 Kreyser və 200 Esminsevdən ibarət idi. Bu əməliyyatda ABŞ donanması bütün İkinci dünya müharibəsi ərzində ən çox itki verdiyi əməliyyat olmuşdur.

Britaniya Birliyinin donanması Müttəfiqlərin quru qoşun qüvvələri əsasən amerikanlardan ibarət olsa da, Böyük Britaniyanın Sakit okean donanması amerikanların sərəncamına bütün dəniz aviasiyasının ¼ hissəsini verilmişdi. Əməliyyatlarda britaniyalıların 450 təyyarəsi iştirak etmişdir. Ada ətrafında yerləşən Britaniya Hərbi Dəniz Donanması 50 hərbi gəmidən ibarət olmuşdur. Bunun isə on yeddisi aviadaşıyıcı idi. Tikiliş xüsusiyyətlərindən və gəmilərin alt nahiyəsinin güclü şəkildə gülləkeçirməzlik xüsusiyyətlərinin artırılması ilə əlaqədar britaniya aviadaşıyıcıları amerikan analoji gəmilərinə nisbətdə daha az təyyarə daşıma xüsusiyyətlərinə malik olmuşdur. Bununla belə bu gəmilər kamikadze hüçumlarına daha çevik reaksiya verə bilirdilər. Bütün aviadaşıyıcılar britaniyalılara mənsub olsa da onları müşahidə edən qüvvələr təkcə Britaniya HDD mənsub deyildi. Bu gəmiləri həmçinin Kanada, Yeni Zellandiya və Avstraliya hərbi dəniz donanmasının qüvvələri müşahidə edirdi. Onların əsas vəzifəsi yaponların Sakişima adasında yerləşən aerodromunu neytrallaşdırmaq və aviadaşıyıcıları kamikadze hücumlarından qorumaq olmuşdur.

Dəniz döyüşü thumb|250 px| Bunker Hill (CV-17) aviadaşıyısında kamikadze hücumundan sonra baş vermiş yanğın Britaniya Sakit okean donanmasına yaponların Sakişima adasında yerləşən aerodropumu neytrallaşdırmaq vəzifəsi qoyulmuşdu. Donanma bu vəzifənin yerinə yetirilməsinə 26 mart tarixindən başlayır və 10 apreldə öhtəsindən layiqincə gələ bilir. 10 aprel tarixində donanmanın bütün diqqəti Tayvanın şimalında yerləşən aerodromlara yönəldilir. 23 apreldə donanma Filippin sahillərində yerləşən San-Pedro körfəzinə çəkilir. Bu uzun yolun qət olunması amerikan donanması üçün yolçuluq olsa belə, britaniya donanması üçün isə ən uzun yolçuluq olmuşdur.

1 may tarixində Sakit okean donanması yenidən öz vəzifəsini yerinə yetirmək üçün geriyə qayıdırlar. Bu dəfə donanma aerodromları təzyiq altında saxlamaq məqsədi ilə həm dəniz aviasiyasından həm də gəmi artilleriyasından istifadə edirdilər. Yapon kamikadze hücumları donanma gəmilərinə ağır zərbələr vurmuşdu. Aviadaşıyıcılar isə zirehlə tənciz olunduğundan ciddi zədələr almırdılar. Zədələr yalnız onların missiyalarını qısa müddətə yuvadırdı.

Yaponlar tərəfindən həyata keçirilən üç aylıq kamikadze uçuşları zamanı 1900 həmlə təşkil olunmuşdur. Bu həmlələr müttəfiqlərə məxsus olan onlarla gəminin məhvinə səbəb olmuşdur. Üstəlik 5000 amerikalı dənizçi həlak olmişdur. Bu minvalla yaponlar 1465 təyyarə itirmişdilər. Qurudakı döyüşlərə qədər yaponlar 2200, amerikanlar isə 763 təyyarə itirmişdilər. Batırılmış gəmilərin böyük əksəriyyəti kiçik gəmilər təşkil edirdi. Batırılmış hərbi texnikalar əsasə esminsləri müşahidə edən gəmilər, radar qayıqları və desant gəmiləri idi. İri gəmilərin itkisi baş verməsə aviadaşıyıcıların çoxu zədə almışdı. Yaponlar təyyarələrdən başqa kiçik qayıqları qəfil gəmilərə çırpma üsulu kamikadze hücumları təşkil edirdilər.

Bu döyüşdə "Yamato" yapon eskadrası üstəlik yüngül kreyser olan "Yahaqini" və səkkiz yüngül esminsedən dördünü itirir. Üstəlik yapon donanmasının 3 700 dənizçidən ibarət şəxsi heyəti həlak olur. Üstəlik admiral İto həyatını itirir. Buna qarşılıq amerikanların itkisi cəmi 10 təyyarə və 12 təyyarəçidən ibarət olmuşdur.

"Ten-Qo" əməliyyatı thumb|250 px| "Yamota" kreyseri, ABŞ avia zərbələri nəticəsində zədələnmiş gəmi. Ten-Qo əməliyyatı öz növbəsində yapon hərbi dəniz eskadriylası tərəfindən təşkil olunmuş özünü məhv cəhti olan hücumdur. Əməliyyata rəhbərlik "Yomato" hərbi kreyseri tərəfindən həyata keçirilmişdir. Əməliyyata general Seyiti İto rəhbərlik etmişdir. Əməliyyatın hədəfi ada ətrafında yerləşən müttəfiq donanmasını keçərək ada yaxınlığında mövqe tutmaq, Okinava müdafiəçilərinə artilleriya atəşləri ilə yardım göstərməkdən ibarət olmuşdur. Gəmi silahları artilleriya atəşlərini təmin etməli, matroslar isə dəniz pidası rolunu oynamalı idi. "Yamato" və digər eskadra gəmiləri müttəfiq sualtı qayıqları tərəfindən dərhal aşkarlanır. Bundan sonra isə amerikan hava qüvvələri dərhal düşmən donanmasını havadan bombalayır.

Hava hücumu zamanı 2 saat ərzində üç yüzdən artıq təyyarə ucuşu həyata keçirilir. Bu hücum nəticəsində dünyanın ən böyük gəmilərindən biri olan Yamato 7 aprel 1945 ildə sulara qərq olur. Əməliyyatdan əvvəl təyyarəçilərə hərbi komandanlıq tərəfindən müyyən tapşırıqlar verilmişdi. Bu tapşırıqlara görə təyyarəçilər gəminin eyni hissəsinə daha çox zərbə endirməli idilər. Bu yolla matrosların gəminin zədələnmiş hissəsini bərpa etməyə imkan verilmirdi. İmkan daxilində gəminin burun və arxa hissəsinin bambalanması məsləhət görülürdü. Səbəb isə bu hissələrin gəminin ən zəif nöqtələri olmasə ilə bağlı olmuşdur.

Bu döyüşdə yaponlar "Yamato" gəmisindən başqa "Yaxaqi" yüngül kreyserini və səkkiz esminsevdən dördünü itirir. İmperiya donanması döyüşdə hərbi texnika ilə yanaşı 3 700 dənizçisini və admiral İtonu itirir. Amerikanların itkisi isə cuzi olur. Onlar cəmi 10 təyyarə və 12 insan itirirlər.

Quru döyüşləri thumb|250 px|Amerikan qüvvələrinin Okinava adasına çıxma xəritəsi. Quru döyüşləri 87 gün davam etmiş və 1 aprel 1945-ci ildən başlanışdır.

İlk dəfə adalara çıxan amerikan qüvvələri 77-ci piyada divisiyası olmuşdur. Onlar 26 mart tarixində Okinava adasından 24 km qərbdə yerləşən Kerama adalarına çıxırlar. Beş gün müddətində amerikanlar tərəfindən tam şəkildə ələ keçirilir. Amerikanlar 31 ölü və 81 yaralı olmaqla itki verdikləri halda, yaponlar ölü və əsr düşən əsgərlərinin ümumi sayı 650 nəfər təşkil etmişdir. Adanın ələ keçirilməsi amerikan donanmasına təhkükəsiz yerləşmə imkanı verirdi. Üstəlik motorlu qayıqların hücum təhlükəsi azalır.

31 martda ABŞ dəniz piyadalarının diversant batalyonu ciddi müqavimətə rast gəlmədən Okinavanın paytaxtı Naxadan 13 km qərbdə yerləşən Keyse Şima adlı dörd adadan ibarət adalar qrupuna çıxarılır. Ələ keçirilmiş adaların təhlükəsizliyini təmin etmək məqsədi ilə adalarda 145 mm-lin "Lonq Tom" artilleriya qurğuları quraşdırılır.

Şimali okinava thumb|250 px|Adaya akerikan qüvvələrinin çıxarılması. Adaya 24-cü və 3-cü amerikan korpusu çıxarılması 1 aprel tarixində Haqusi çimərliyində baş tutur. 2-ci dəniz piyada diviziyası yaponları aldatmaq məqsədi ilə adasın cənub-şərqinə Minatoqa çimərliyinə yalançı desant çıxarılmasını təşkil edir. Amerikanların digər istəyi adanın bu hissəsindən gələn ehtiyat axınının qarşısını kəsmək olmuşdur.