Pyotr Leonidoviç Kapitsa () — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü).Профиль Петра Леонидовича Капицы на официальном сайте РАН London Kral Cəmiyyətinin üzvüKapitza; Piotr Leonidovich (1894–1984) // London Kral Cəmiyyətinin saytı, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958)Petr L. Kapica . Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974).

Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır. Moskva Fizika və Texnologiya İnstitutunun qurucularından biri. Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Aşağı Temperatur Fizikası kafedrasının ilk müdiri.

Həyatı Pyotr Leonidoviç Kapitsa 1894-cü il iyulun 9-da Kronştadda hərbi mühəndis general Leonid Kapitsanın ailəsində anadan olub. Atası təhsilli ziyalı, istedadlı mühəndis idi, o, rus silahlı qüvvələrinin inkişafında mühüm rol oynayıb. Anası Olqa İeronimovna təhsilli qadın olub. O, ədəbiyyat, pedaqoji və ictimai fəaliyyətlə məşğul olub. Rus mədəniyyəti tarixində özünəməxsus iz qoyub.

Pyotr əvvəlcə gimnaziyada, daha sonra Kronştad real məktəbində oxuyub, oranı "əla" qiymətlərlə bitirib. Fizika və elektrotexnikaya ciddi maraq göstərməsi ilə fərqlənib. Xüsusi qabiliyyətinə görə ona məktəbin laboratoriyasında müstəqil surətdə təcrübələr aparmağa icazə verilib. Müxtəlif kimyəvi və fiziki təcrübələr qoyan Pyotr cihazları özü təmir edirdi. Xüsusən də saatları dağıtmaq və onları yenidən yığmaq ona çox maraqlı gəlirdi.

1902-ci ildə Pyotr Sankt-Peterburq Politexnik İnstitutuna daxil olub. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsi başlayıb. 3-cü kurs tələbəsi olan Kapitsa bir çox yaşıdları kimi orduya çağırılıb. Bir müddət müharibənin Polşa cəbhəsində sanitar dəstəsində sürücü olub, yaralıları daşıyıb. 1916-cı ildə ordudan tərxis olunan Pyotr instituta qayıdıb. O vaxt məşhur fizik Abram İoffe onu fizika laboratoriyasında eksperimentlərə cəlb edib. Elə həmin il Kapitsanın "Rus fizika-kimya cəmiyyəti jurnalı"nda ilk məqaləsi dərc olunub. 1918-ci ildə İoffe Peterburqda ağlagəlməz çətinliklər şəraitində Rusiyada ilk elmi-tədqiqat fizika institutlarından birini yaradıb. Kapitsa bu mərkəzin ilk əməkdaşlarından olur. İnstitut sovetKapitsa oğlanları ilə fizika, nəzəri və texniki fizika elminin inkişafında çox mühüm rol oynayır. İnstitutu bitirdikdən sonra onu fizika-riyaziyyat fakültəsində müəllim saxlayırlar. İnqilabdan sonra olduqca mürəkkəb bir dövrdə İoffe var-qüvvəsi ilə alim və tələbələrini, gənc fizikləri qoruyub saxlamağa can atırdı. Onların arasında Kapitsa da var idi. Kapitsanın hələ 18 yaşı var idi, sovet fizika elminin gələcək banisi olan Abram İoffe onu Peterburq Politexnik İnstitutunda elmi tədqiqat işlərinə cəlb etmişdi. Seminarların bütün iştirakçıları eksperimentator idilər və çox çətin vəziyyətdə işləyirdilər; zəruri avadanlıqlar, cihazlar, alətlər çatışmırdı. Hətta eksperiment aparılacaq cihazı yığmaq üçün sadə məftil belə yox idi. Buna baxmayaraq, olduqca mürəkkəb eksperimentlər qoyulurdu. 1920-ci ildə Kapitsa və N. Semyonov (sonralar Nobel mükafatına layiq görülmüş kimyaçı alim) atomun maqnit sahəsini müəyyən etməyə cəhd etdilər. İoffe Kapitsanın xarici elmi ezamiyyətə göndərilməsində israr edirdi. Lakin yeni qurulmuş bolşevik hökuməti buna icazə vermirdi. Bu məsələ yalnız proletar yazıçısı, ölkədə böyük nüfuza sahib Maksim Qorkinin müdaxiləsi ilə həll olundu. Nəhayət, Kapitsaya Böyük Britaniyaya getməyə icazə verildi.

Lakin tezliklə Rusiya tarixi mərhələyə — inqilab və müharibə mərhələsinə daxil oldu. Onun taleyinə faciəli qismət düşdü. Bir ay ərzində o atasını, gənc arvadı Nadejda Çernosvitovanı, 2 yaşlı oğlunu, yenicə doğulmuş qızını itirdi. Bu 1919-cu ilin qışında vətəndaş müharibəsi zamanı baş verdi. O zaman ölkədə "ispanka" adlandırılan qrip epidemiyası tüğyan edirdi.

Taleyinə ağır günlər düşmüş Kapitsa tam ümidsizliyə qapılmışdı. Ən yaxınlarını itirdikdən sonra yaşamaq getdikcə mənasızlaşırdı… Onun üçün xaricə elmi ezamiyyət taleyüklü və müəyyən qədər də xilasedici oldu. Şagirdinin daxili iztirablarını çox yaxşı anlayan İoffe onu xaricə göndərilən rus elmi qrupuna daxil etdi. Bu qrup Avropanın elm mərkəzləri ilə əlaqə yaratmalı idi. Kapitsanın payına İngiltərə, Kembric düşdü.

Müəllim-tələbə dostluğu P. Kapitsa 1921-ci ilin mayında İngiltərəyə yollanıb. O, məşhur fizik Ernest Rezervordun bütün dünyada məşhur olan Kavendiş laboratoriyasına düşə bilib. Lakin Rezervordun elm məktəbinə düşmək heç də asan deyildi. Özünün bütün səmimiyyəti ilə Rezervord rusiyalı gəncə bildirib ki, xaricilər üçün onun cəmi 30 yeri var və onların hamısı artıq tutulub. Kapitsa başa düşəndə ki, itirməyə bir şeyi qalmayıb, Rezervorddan soruşub: "Professor, sizin tədqiqatların dəqiqliyi neçə faiz təşkil edir?". "Hardasa, 5 faiz",-deyə Rezervord cavab verir. "Əgər 30-a daha bir nəfəri əlavə etsək, onda tədqiqatın dəqiqlik faizi eksperiment səhvləri çərçivəsində olacaq, elə deyilmi professor",-deyə Kapitsa alimə sual verib. "Çünki siz böyük dəqiqlik dalınca qaçmırsınız". Gəncin məntiqli sual-cavabı qarşısında tutulan böyük Rezervord "Yaxşı, qalın!", — deyərək Kapitsanı laboratoriyasına qəbul edib. Lakin o, bu sözləri də əlavə etməyi unutmayıb: "Əgər siz elmi iş əvəzinə bolşevik təbliğatı ilə məşğul olsanız, mən buna dözə bilməyəcəyəm". Pyotr Kapitsa məhz bu cür Kembricdə özünə yol açıb. Rezervord bundan heç vaxt heyfsilənməyib. Müəllim-tələbə münasibəti dostluğa çevrilib. Onların uzun illik əməkdaşlığı (1921–1934-cü illər) dünya əhəmiyyətli bir sıra elmi kəşflərə yol açıb. Kapitsanın ikinci həyatı belə başlayıb.

"Mən ona və onun mənə qarşı münasibətinə çox borcluyam", — deyə sonralar Kapitsa müəllimi barədə yazırdı. Rezervordun mühazirələrində iştirak etməklə yanaşı, Kapitsa eyni zamanda Kavendiş laboratoriyasında yeni işə başlayan gənc fiziklər üçün məcburi olan fiziki praktikumlardan keçməli idi. Bu praktikumlara Ceyms Çedvik (Nobel mükafatı laureatı) rəhbərlik edirdi. Praktikumlar iki ilə nəzərdə tutulmuşdu, lakin cəmi 2 həftə ərzində bütün zaçotları verən Kapitsa laboratoriya əməkdaşları və Rezervordun özünü belə heyrətləndirdi. Kapitsanın qabiliyyətini görən Rezervord ona alfa zərrəciklərini öyrənməyi tapşırdı. Bunlar Rezervordun "sevimli" zərrəcikləri idi. Onun bütün tələbələri alfa zərrəcikləri ilə məşğul idi. Kapitsa zərrəciklərin impulsunu müəyyən etməli idi. Bunun üçün Kapitsaya güclü maqnit sahəsi lazım idi. Çox güclü maqnit sahəsinin yaradılması üzrə işlər getdikcə müstəqil xarakter aldı və o, alfa zərrəciklərinin impulsunun öyrənilməsi işindən, nüvə fizikasından uzaqlaşdı. Lakin onun 1922-ci ildə Kembricdə müdafiə etdiyi doktorluq işi "Alfa zərrəciklərinin maddələrdən keçməsi və maqnit sahəsinin alınması" idi.

Nobel mükafatı alarkənKembricdə işləyərkən Kapitsa tərəfindən çox güclü maqnit sahələrinin yaradılması problemi öz həllini tapdı. O, buraya Vilson kamerasını yerləşdirməyi təklif etdi. Nəticədə ilk dəfə olaraq maqnit sahəsi tərəfindən əyilmiş alfa zərrəciklər əldə olundu. Zərrəciklərin hərəkət trayektoriyasının əyrilik radiusu əsasında hissəciyin yükünü, enerjisini, kütləsini müəyyən etmək mümkün oldu. Lakin Pyotr Kapitsanın aşağı temperatur, aşağı temperaturlu texnika və fizika sahəsində uğurları xüsusilə dəyərli oldu. 1937-ci ildə Kapitsa əvvəllər elmə məlum olmayan maye heliumun yüksəkaxıcılıq qabiliyyətini kəşf etdi. Bundan başqa, Kapitsa cəmi 6–7 atmosfer təzyiqdə qazların durulaşdırılması üçün unikal maşın yaratdı. Əvvəlki maşınlarda qazı 200–300 atmosferə qədər sıxmaq lazım idi.

Kapitsa məhz aşağı temperaturlar fizikası sahəsindəki bu nailiyyətlərinə görə fizika sahəsində Nobel mükafatı laureatı olub.

"Rusiyadan olan dahi" XX əsrin əvvəlləri — 1920-ci illər müasir fizikanın təşəkkülündə ən səmərəli və məhsuldar dövr hesab olunur. Kavendiş laboratoriyasında və Avropanın digər elmi mərkəzlərində ən ağlagəlməz eksperimentlər qoyulurdu. Elmi dairələrdə çox gərgin elmi diskussiyalar davam edirdi. Kvant qanunauyğunluqlarının öyrənilməsinə ilk cəhdlər edilirdi. Kavendiş laboratoriyası müzakirələr və mübahisələr meydanına çevrilmişdi. Pyotr Kapitsa da tezliklə bu mühitə daxil oldu. İoffe məktəbi ona bu sahədə ilk elmi baza bilikləri vermişdi. Gənc fizik yenilikçi mühəndis risklərinə tam hazır idi. BaxmayaraqKapitsa həyat yoldaşı Anna ilə. 1930-cu il. Kembric ki, Kapitsanın güclü maqnit sahəsinin alınması məqsədilə apardığı eksperimentlər laboratoriyada güclü partlayışlarla müşayiət olunurdu, o, bundan əsla qorxmurdu. Kapitsanın eksperimentləri Kavendişin köhnə divarlarında tez-tez əks-səda yaradırdı, eksperimentlər isə maddə və sahənin quruluşu barədə əvvəlki bilikləri zənginləşdirirdi. Kembricdə Kapitsanın elmi nüfuzu sürətlə artırdı. 1929-cu ildə London Kral Cəmiyyəti ona professor fəxri adı verdi. Müəllimi Rezervord "Rusiyadan olan dahi"nin təşəbbüsləri üçün xəsislik etmirdi. Artıq 30-cu illərdə Kavendiş laboratoriyasının əməkdaşları Rezervordun qüsurlarından söz düşəndə qeyd edirdilər ki, ser Rezervord Pyotr Kapitsanın tədqiqatları üçün həddən çox vəsait xərcləyir. Əlbəttə ki, söhbət laboratoriyanın həyətində Pyotr Kapitsa üçün ayrıca müasir laboratoriyanın (Mond laboratoriyası) tikintisindən gedirdi. Rezervordun təkidi ilə London Kral Cəmiyyəti xüsusi olaraq Kapitsa üçün yeni laboratoriya yaratdı. Laboratoriya alman əsilli sənayeçi və kimyaçı Lüdviq Mondun Kral Cəmiyyətinə vəsiyyət etdiyi vəsait hesabına inşa olunmuşdu və onun şərəfinə Mond laboratoriyası adlanırdı.

Rezervord tələbəsinə inanırdı, ona böyük ümidlər bəsləyirdi. Bu qədər maliyyə xərcləri və şərəfə Rezervordun heç bir şagirdi layiq görülməmişdi. Mond laboratoriyasında çox güclü maqnit sahəsi tədqiq olunurdu. Tezliklə Kapitsa ən müasir elmi problemlərin müzakirə olunduğu seminarlar təşkil edir. Avropanın ən istedadlı alimləri bu seminarlarda iştirak edirdilər. "Kapitsa klubu" adlandırılan bu seminarlarda bəzən ən aktual elmi problemlər ətrafında qızğın müzakirələr aparılırdı. Klubun ən məşhur qonaqları qismində tez-tez Nils Bor, Born, Ernest Rezervord və digər məşhur alimlər iştirak edirdi. Mond laboratoriyasında Kapitsa aşağı temperaturları öyrənirdi. O, tez-tez Rusiyaya gəlirdi. 13 il İngiltərədə yaşayan Kapitsa vətəndaşlığını dəyişməmişdi. Baxmayaraq ki, ingilis həyat tərzi onun üçün artıq yad deyildi.

1934-cü ildə sovet hakimiyyəti növbəti dəfə vətənə gələn Kapitsaya Kembricə qayıtmağı qadağan etdi. Ona hətta öz müəllimi Ernest Rezervordla danışmağa belə icazə vermədilər.

"Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin mənim ruhumu heç kim ala bilməz…"

Sovet hökumətinin Kapitsaya İngiltərəyə qayıtmağı qadağan etməsi onun müəllimi Ernest Rezervord və Avropa elmi cəmiyyətləri tərəfindən hiddətlə qarşılandı. Rezervord sevimli tələbəsinin müdafiəsinə qalxdı. O bəyan etdi ki, Kapitsa Mond laboratoriyası olmadan, laboratoriya da onsuz yaşaya bilməz. 1934-cü il aprelin 24-də London qəzetləri "Kembric Sovetlərin qərarından şokdadır", "Kembric tədqiqatlarının sonu", "Rusiya professoru saxlayıb; İngiltərə böyük alimi itirir", "Elm aləmi üçün fəlakət" kimi başlıqlarla dərc olunmuşdu.