Azər Əhmədov () — azərbaycanlı riyaziyyatçı, Şimali Dakota Dövlət Universitetinin professoru.
Həyatı Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğul olub. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.
SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.
1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb.
Bu ildən Kaliforniya Universitetində 3 illik professor vəzifəsində çalışır.
Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, 3 ölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap olunur. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.
İstinadlar
Xarici keçidlər
C.S. Hagen. For some in West Fargo, new Armenia-Azerbaijan conflict stirs memories of war. C.S. Hagen. North Dakota teen graduates college, then high school in the same month.
Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar