Atrnerseh, yaxud Adarnerse — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə 906-cı, sonuncu dəfə isə 944-cü ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın oğlu, Girdman knyazı Saak Sevadanın kiçik qardaşı, hakimi, eristavlar-eristavı qızı Dinarın əri, özündən sonra Şəki hökmdarı olmuş İşxan Əbu Əbdülmalikin atası idi.

Həyatı və siyasi fəaliyyəti

906/907-ci ildə Tatev monastırı mülki sənədində adının çəkilməsi

Stepanos Orbelyanın “Sünik vilayətinin tarixi”ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902-923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir.

906-cı il hadisələrində "heretilərin çarı" və ya "patrik Adarnerse"

906-cı ildə Abxaz çarı və Kaxeti xorepiskopu Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu;

Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin

Bu hadisə "Kartli salnaməsi"ndə ("Matiane kartlisay"da) aşağıdakı şəkildə təsvir edilir:

909-cu il hadisələrində “Albaniya çarı Atrnerseh”

Erməni katolikosu və tarixçisi müəllifi olduğu “Ermənistan tarixi”ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb “Qafqazın şimal-şərqinə” – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır.

Xayzan şəhərindəki “çar Adzarnarse”

X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki,

Mənbəni ruscaya tərcümə edən Karaulova Adzarnarseni Məsudidə adı çəkilən Şəki hökmdarı Adernerse olduğunu qeyd edir. IX əsr ərəb coğrafiyaşünası İbn Xordadbeh 846-886-cı illər arasında yazdığı “Yollar və ölkələr” əsərində Cənubi Qafqaz ərazisini təsvir edərkən Sanariyadan sonra qərbə doğru ardıcıllıqla əl-Baq, Kisal (Kasak), Абхаз, Qələ'ət əl-Cərdiman, Xayzan və Şəkkinin gəldiyini göstərir. Buradan da aydın olur ki, İbn Rüstədə adı çəkilən Xayzan Şəkidən bir qədər qərbdə yerləşirmiş. Şirinbəy Hacıəli mənbələrdə buna qədər hələ Şəki şəhərinin adının çəkilmədiyini əsas götürərək, Şəkinin ilk paytaxtının Xayzan şəhəri olması ehtimalını irəli sürür və hesab edir ki, Xayzan şəhəri ən azından Şəki dövlətinin yay iqamətgahı hesab edilə bilər.

944-cü ildə “şəkililərin hökmdarı Atrnerseh”

X əsr ərəb tarıxçisi və coğrafiyaşünas-səyyahı Məsudi isə Şəki vilayətinin Sanariya ilə Qəbələ arasında yerləşdiyini, vilayət əhalisinin xristian olduğunu, lakin vilayətdə ticarət və s. işlərlə məşğul olan müsəlmanların da yaşadığını göstərməklə yanaşı həm də qeyd edir ki, onun kitabının yazıldığı vaxt – 944-cü ildə, şəkililərin hökmdarı Atrnerseh ibn Hamam idi.

Bununla da tarixi mənbələrin Atrnerseh haqqında 38 illik (906-944) dövrü əhatə edən məlumatları bitir, Məsudidən sonra mənbələrdə Atrnersehin 944-cü ildən sonrakı həyatı və fəaliyyəti barədə heç bir məlumat yoxdur.

Adının “Albaniya tarixində” çəkilməməsi və bunun ehtimal olunan səbəbi

“Albaniya tarixi”nə görə Qriqor Hammamdan sonra hakimiyyətə oğlu Sahaq Sevada gəlmişdir:

Yuxarıda 906/907-ci il tarixli Tatev monastırının mülki haqqında sənəddə və 909-cu il hadisələrində Sahak Sevedanın adının çəkilməsi, ikincidə "Albaniyanın böyük knyazı" kimi təqdim edilməsi barədə məlumat verildi. Onun həqiqətən, Girdimana hakim olması, Coraygeti tutması, erməni çarı ilə mübarizə etməsi erməni mənbələri tərəfindən də təsdiqlənir. Bununla yanaşı, erməni mənbələrində Saak barədə daha dəqiq və daha ətraflı məlumatlar var. Məsələn, Ovanes Drasxanakertli Saakın erməni çarı (914—928/929) qayınatası və müttəfiqi olduğunu göstərir. Bununla yanaşı Ovanes Drasxanakertli məlumat verir ki, Saakın Coraygetdəki (Ağstafaçay ətrafı) qalaları tutması, bu mahalı öz knyazlığının ərazisinə qatması kürəkəninin xoşuna gəlməmiş, qayınatasının üzərinə qoşun yeritmiş, sonda təslim olan Saakın və Saakın oğlu Qriqorun gözlərini çıxartdırmışdır .

“Albaniya tarixi”ndə Qriqor Hammamın 5 oğlunun olması göstərilsə də, onlardan yalnız 3-nün adı çəkilir; böyük oğlu Əbu Əlinin digər oğlu Smbat tərəfindən öldürülməsi qeyd edildikdən sonra, yalnız bir oğlunun – Saak Sevadanın evladlarının, nəvə-nəticələrinin adları açıqlanır, Atrnersex və 5-ci oğlu barədə isə heç nə deyilmir, nəinki, onların övladları barədə. Buna diqqət yetirməyən bəzi tədqiqatçılar, çox vaxt Şəki hakimi Atrnersexi və onun oğlu İşxan Əbu Əbdülmaliki müvafiq olaraq, “Albaniya tarixi”ndə adları çəkilən Saak Sevedanın nəvələri Atrnersex və Seveda İşxanla eyniləşdirməyə cəhd edirlər, bəzən isə Moisey Kalankatuklunun “qeyri-dəqiqliyə” yol verməkdə günahlandırmağa çalışırlar.

“Albaniya tarixi”ndə Qriqor Hammamın yalnız bir oğlunun – Saak Sevadanın, evlad və nəvə-nəticələrinin adlarının açıqlanmasının səbəbi isə bu ola bilər ki, kitabın son cildi yazılarkən, Saak Sevadanın nəticəsi İoan Senekerim hələ sağ idi və hansısa ərazinin hakimi idi. Məhz bu amil “Albaniya tarixi”ndə onun nəsil şəcərəsinə daha çox diqqət yetirilməsinə, özünün isə padşah kimi təqdim edilməsinə səbəb ola bilərdi.

Həmçinin bax Şəki dövləti.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər