Alogizm () – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunan-cada inkar hissəcəyi kimi işlənir, Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir.Adilə Nəzərova. "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:Məntiq Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi