İradə Azad qızı Əliyeva () — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.
Həyatı İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məktəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur.
Karyerası İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu.
2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə İradə Azad qızı Əliyeva 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
İstinadlar
Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:2015 Avropa Oyunlarında atletlər Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları