Maman () — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir.
Fəlsəfə və mənası Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.Louise Bourgeois, Spider (1996) Christie's Post-War Contemporary Evening Sale, 8 November 2011, New York. Burjua bu heykəllə anasının gücünə, verdiyi tərbiyəyə, toxuculuğuna, ipəyirmə sənətinə istinad etmişdir. Luizanın anası Cozefina atasının Parisdə yerləşən xalça bərpaçılıq emalatxanasında divar xalçaları bərpa edən qadın idi. Burjua 21 yaşında ikən anası naməlum xəstəlikdən vəfat etmişdir. Anasının ölümündən bir neçə gün sonra Luiza düz atasının qarşısında özünü Bevr çayına atmışdır, lakin atası üzərək onu xilas etmişdir.Louise Bourgeois, 5 March - 2 June 2008 Centre Pompidou, Paris.
Daimi sərgiləndiyi yerlər Heykəlin bəzi versiyaları bəzi yerlərdə daimi sərgilənir. Teyt Modern, London — bu heykəlin 2008-ci ildə bu muzeyə verilməsi Teyt Modern üçün tarixi an hesab olunur. Heykəl ilk öncə Turbin zalında sərgilənmişdir, daha sonra 2000-ci ildə qalereyanın xaricində nümayiş etdirilmişdir. Hal-hazırda heykəl sərgilənmir. Heykəlin sərgilənməsi əyləncəli və təəccüblə qarşılanmışdır. Teyt Modernin sahib olduğu heykəl öz versiyalarında içərisində paslanmayan poladdan hazırlanmış yeganə nümunədir. Kanada Milli Qalereyası, Ottava — Kanada Milli Qalereyası 2005-ci ildə heykəli 3,2 milyon dollar qarşılığında satın almışdır. Bu zaman bu qiymət tənqidçilər tərəfindən yüksək hesab olunmuşdur. Quqqenhaym Muzeyi, Bilbao Mori İncəsənət Muzeyi, Tokio Samsunq İncəsənət Muzeyi, Seul ABŞ İncəsənət Kristal Körpülər Muzeyi, Bentonvill, Arkanzas
Müvəqqəti sərgiləndiyi yerlər
Qalereya
İstinadlar
Xarici keçidlər
Ottavada -CBC Archives (Yayım: 10 may 2005) Video : "Onlar dırmaşırlar" — Vimeo Luiza Burjua - Maman — Kanada Milli Qalereyası (videolar)
Kateqoriya:1999-cu ilin heykəlləri Kateqoriya:Yaponiya tunc heykəlləri Kateqoriya:Kanada tunc heykəlləri Kateqoriya:Birləşmiş Krallıq tunc heykəlləri Kateqoriya:ABŞ tunc heykəlləri Kateqoriya:İncəsənətdə hörümçəklər