Feminizm ( – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.

Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).

Haqqında thumb|rəmzi|197x197px Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. Bu hərəkat qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Feminizmin ilk dalğası XIX əsrin sonu XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-də hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Əgər 80-ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi Avropa və Şimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu hərəkatın yalnız praktikasının deyil, nəzəriyyəsinin də vəziyyətində öz əksini tapdı, hansı ki, get-gedə daha çox qeyri-tarixi faktorlara yönəlmə ilə bağlı kateqoriya və metodlardan imtina edirdi. thumb|left|Argentinada feminist etirazçılar (mart 2019) Feminizmdə cinsin təcrübəsi deyil, genderin təcrübəsi nəzərdən keçirilir, yəni bioloji-anatomik deyil, mədəni-psixoloji xarakteristikalar, belə ki, praktiki olaraq, cinsin təzahürü və bioloji cinsilik yalnız "qarşılıqlı təsirin insaniləşmə"sinin məhsulu kimi mövcuddur. Müəyyən mədəniyyətə, "insanın təbiəti"nə, onun cins xarakteristikalarına xas olan cins təsəvvürlərinin feminizmə müvafiq aid edilməsi patriarxatla bağlı bir sıra gizli məsələlərin qeyri-tənqidi qəbulu deməkdir. Bura əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd-texnoloji anlamını aid etmək olar. Bu səbəblərdən irəli gələrək feminizmdə cinslərarası münasibətlər hakimiyyət münasibətlərinin bir tipi kimi başa düşülür, belə ki, "obyektivlik" adı altında bəşəriyyətin özünün maraqları olan bir hissəsi, eyni zamanda, o biri hissəsinin də maraqlarını təqdim edir. Feminizm nəzəriyyəçilərinin fikrincə, bu tip mədəniyyətlərdə qadın sadəcə "başqası" kimi təqdim olunur. Feminizm nümayəndələri hesab edirlər ki, cəmiyyətin kişi və qadınlara münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi fərqlənir, bununla bərabər, qadın mənəviyyatı tipi təmin olunmamış qalır. Ona görə də feminizmin məqsədi qadın mənəviyyatının "susma sferasından" çıxarılmasıdır.

İstiqamətləri Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ feminizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, liberal feminizm, "Qara feminizm" və s.). Belə bölgünün özünü problematik hesab etmək olar, belə ki, o, feminizm kimi qeyri-ənənəvi dünyagörüşün ənənəvi nöqteyi-nəzərdən qiymətləndirilməsini nəzərdə tutur (məsələn, burjua və ya marksist feminizm və s.), Amma istiqamətlərin bu bölgüsü hələ də qəbul olunur, baxmayaraq ki, çox zaman o müxtəlif əsaslarla aparılır. Bundan əlavə, feminizm termini elmin müəyyən sahələrinə – ekofeminizm, kiberfeminizm və s.-cins/gender problemini daxil edən yeni istiqamətlərin adına daxildir.

Feminizmin yaranması XX əsr – sosial transformasiya və siyasi sarsıntıların elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı "qadın inqilabı" adlanan yeni formul tarixi meydanı dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməmiş, hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. təsir edirdilər. Dövrün nəbzini tutaraq, həm də siyasətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar ya kiçik müddətə və ya uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta ədəbiyyatda eyniləşdirilən "qadın problemi", "qadın məsələsi", "qadın hərəkatı" kateqoriyalarının bir-birindən fərqlənməsi zərurəti meydana çıxır. 250px|thumb|right|Feminist səsvermə paradı, Nyu York, 6 may 1912 "Qadın problemi" — qadınların cəmiyyətdəki vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının qanunla əsaslandırılması və ictimai həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk edilməsini nəzərdə tutur. "Qadın məsələsi" — bu ümumilikdə qadının cəmiyyətdəki yeri, rolu, mövqeyi və hüquqlarıdır. "Qadın hərəkatı" — bu anlayışın mənası qadınların öz hüquqlarını və maraqları uğrunda mübarizə formalarının müxtəlifliyini bildirir. Sosioloqlar əsasən qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın mənafeləri rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik və milli qadın qruplarının birgə fəaliyyət istiqamətidir.

Ümumiyyətlə, keçid dövrünün ən böyük problemləri ailə məişət məsələlərində özünü göstərir. Belə ki, qadınların işlə təmin olunmasının çətinlikləri bir neçə səbəblə izah olunur: aldığı təhsilə uygun iş yerinin olmaması; işləmək arzusu oldugu halda, ailəsi və yaxud əri tərəfindən məhdudiyyət qoyulması və s. Əmək haqqının aşagı olması; kişinin və yaxud qadının işləməməsi və ya gördüyü iş müqabilində cüzi əmək haqqı alması ailədə psixoloji sabitliyi pozur. Feminizasiya əlamətlərinin formalaşması üçün əlverişli şərait də məhz buradan yaranır. Bu isə ailə – məişət məsələlərinə mənfi təsir göstərir, boşanmalarda mühüm rol oynayır.

Qadının cəmiyyətdə rolu daim elmi təfəkkürün diqqətini cəlb etmişdir. Tarix, fəlsəfə, təbiət elmlərində, dində bu problem haqqında bir-birinə tamamilə əks olan fikirlər söylənmiş, o, müxtəlif cür həll edilmişdir. Son nəticədə bunlar hamısı feminizmin bir ictimai hərəkat kimi yaranmasına gətirmişdir. Feminist hərəkatının qadın iştirakçıları belə hesab edirlər ki, ənənəvi tərzdə yazan tarixçilər tarixi kişi nəzər-nöqtəsindən təsvir edirlər, bu zaman tarixi problemə qadın baxışını istisna edirlər. Feminist qadın tədqiqatçıları müasir hüquqşünaslığın əsas istiqamətlərini kişi-mərkəzli sayır, onlardan uzaq dururlar. Onlar göstərirlər ki, hər hansı anlayışı verəndə kişilər özlərini nəzərdə tuturlar, kişiləri müdafiə edirlər, qadınları yox, buna görə də cinslərarası fərqi nəzərə almırlar, hüququn ən geniş yayılmış konsepsiyaları isə kişilərin hökmünü əbədiləşdirirlər. Kişinin hakim olduğu hüququn bu sistemi qadınları qula çevirir. Kişilər sosial, iqtisadi və siyasi hakimiyyətin çox hissəsinə sahib olub, bu üstünlükdən qadınları ictimai və siyasi həyatda, iqtisadiyyatda və ailədə özlərinə tabe etmək üçün istifadə edirlər. Feminist tədqiqatçı hüquqi doktrinalara, hüquqi praktikaya və hüquqi dilə istinad edərək, onların hamısında seksizmin olduğuna işarə edirlər və bildirirlər ki, bütün bu hüquqi normalar kişilərin üstünlüyünə hesablanıblar.

Feminist qadın hərəkatının ilkin adının haradan götürülməsi məsələsi də maraq doğurur. Feminizm (fransızca – femin, latınca femina — qadın) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi ugrunda mübarizə aparan ictimai hərəkatdir. Qeyd edək ki, "feminizm" termininin ixtiraçısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır" kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir. Sosial stratifikasiyada — cəmiyyətin ictimai təbəqə və qruplara bölgüsündə baş verən dəyişikliklər fərdin cinsdən asılı olan sosial statusunda, hüququnda böyük dəyişikliklərə gətirib çıxartdı. Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu. Son otuz ildə feminist siyasi nəzəriyyə siyasi elmin ən perspektivli və orijinal cərəyanlarından birinə çevirildi. Onun tərəfdarları sosial başlanğıcı siyasiləşdirir və bununla əlaqədar olaraq küçədə, məktəbdə, iş yerində özünü büruzə verən ailə, gender və seksual münasibətlər problemlərini siyasət sahəsinə aid edirlər. Müasir feminist nəzəriyyədən söhbət açarkən, feminizmin inkişaf tarixinə nəzər salmaq yerinə düşərdi. Qərbdə qadınların hüquq bərabərliyi uğrunda hərəkat 18-ci əsrdə ortaya çıxdı. Feminizm adını alan bu hərəkat getdikcə fəallaşdı.

Haqqında danışacağımız yeni dünyagörüşü, cəmiyyət və fərd həyatının yeni idrak situasiyası olan gender bu hərəkat ilə vasitəsiz şəkildə bağlıdır. İndiki dövrdə feminizmi müxtəlif formalarda müəyyən edirlər. Çox zaman feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə – cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər). Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Axırıncı heç də birmənalı şəkildə başa düşülmür. Beləliklə, qadın tədqiqatları, qadın tarixi və feminizmin əsas nəzəriyyələrini təhlil edərkən, qadın hərəkatı — "femin etirazı"nın üç mərhələsini görürük.

Birinci mərhələ Feminizmin birinci dalğası XVIII əsr – XIX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. Bir sıra yazılarda, o cümlədən Pulen de Lya Barrın "İki cinsin hüquq bərabərliyi haqqında" (1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır. Pulen de Lya Barr hesab edirdi ki, qadının cəmiyyətdə və ailədə asılı vəziyyəti heç də təbiətin qanunu deyil, yalnız kobud kişi qüvvəsinə tabe olmağın nəticəsidir. Beləliklə bəzi hallarda qadınların cəmiyyətdəki rolunun kökündən dəyişməsinin labüdlüyü fikri səslənir, lakin rel qadın hərəkatı yalnız XVIII əsrdə Fransada Böyük Fransa İnqilabı (1789), Şimali Amerikada isə müstəqillik uğrunda mübarizə (1775–1783) zamanı başlanır. Feminist hüquqşünaslığı ilk dəfə ABŞ-də (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi tələbləri irəli sürülərkən (1775) yaranmışdır. 1824-cü ildə Frensis Rayt İngiltərədən Amerikaya gəlir və burada qadın hüquqları və zənci köləliyinin ləğvi uğrunda mübarizə kampaniyası aparır. 1848-ci ildə Seneka Fol (Nyu-York ştatı) Konfransında yaradılmış qadınlara seçki hüququ verilməsi uğrunda Amerika hərəkatı qadın hüquqları haqqında bil işləyib hazırladı. ABŞ Konstitusiyasının qadınlara səsvermə hüququ verən onikinci düzəlişi 1920-ci ildə qüvvəyə mindi.