() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Köçəri növ deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsi üçün endemikdir. Bu quşlarda cinsi dimorfizm müşahidə olunur və erkəkləri çoxalma dövründə parlaq gümüşü-göy baş, qulaq örtüsü, bel lələklərinə, qırmızı çiyin lələklərinə, qara boğaza, boz-qəhvəyi quyruq və qanada bürünür. Çoxalma dövrünün xaricində isə, boz-qəhvəyi lələklər çoxluq təşkil edir, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Hazırda bu növün yarımnövlərinin olmadığı qəbul olunur. Sözügedən növ M. lamberti və M. pulcherrimus növləri ilə yaxın qohum olsalar da, yaşadıqları ortaq arealda hibridlər tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. M. elegans növünə aid quşların bəlli ərazilərdə sayca çox olmasına baxmayaraq, azalma müşahidə olunur.
Ensiz dimdiyə malik olan bu quş növü həşəratları ovlamaq üçün adaptasiya keçirmişdir və həşəratyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və yağışlı meşələrdə kollarda qidalanır və yaşayır. Malurus cinsinin digər növlərində olduğu kimi bu növdə də ancaq dişi fərdlər balaların qayğısına qalır. Lakin digər növlərdən fərqli olaraq köməkçi dişi quşların balaların qayğısına qaldığı müşahidə olunmuşdur. Kommunikasiya vasitəsi kimi siqnallardan istifadə edirlər və bölgələrini bildirmək üçün oxuyurlar. Fərdlər bir-birilərini nəğmələrindən tanıyırlar. Erkək fərdlər çoxalma dövründə dişiləri cəlb etmək üçün sarı tac ləçəklərini qoparıb onlara təqdim edirlər.
Taksonomiya Malurus elegans növü ilk dəfə 1837-ci ildə ornitoloq Con Quld tərəfindən təsnif olunmuşdur. Quşun elmi adı latın dilində "zərif" mənasını verən elegans sözündən yaranmışdır. Quld əvvəlcə növün yayılma arealı kimi Avstraliyanın şərq sahillərini göstərsə də, Con Qilbert tərəfindən cənub-qərbi Avstraliyadan gətirilmiş nümunələrə nəzər yetirdikdən sonra səhv etdiyini başa düşmüşdür. Həvəskar ornitoloq Qreqori Metyus 1916-cı ildə dişi fərdlərin lələklərinin daha tünd olduğunu bildirmiş və buna görə də bu növün uarreni irqinə mənsub olduğunu demişdir. Lakin digər alimlər bu fərqi müşahidə etməmiş və bu növ üçün ayrı irq müəyyən edilməmişdir.Schodde R (1982) The fairy-wrens: a monograph of the Maluridae. Lansdowne Editions, Melbourne. Əslində populyasiyalar və fərdlər arasında ölçü və rəng baxımından çox az variasiya vardır.Rowley & Russell, p. 40–41
Malurus elegans Avstraliya və Yeni Qvineyada yayılmış Malurus cinsinə daxil olan 12 növdən biridir.Rowley & Russell, p. 143 Bu cinsə daxil olan olan üç növün ortaq xüsusiyyəti şabalıd rəngli çiyinlərdir. Bu 3 növə Keyp-York yarımadasında yayılmış Malurus amabilis, qitənin böyük hissəsində yaşayan Malurus lamberti və qərbi Avstraliya ilə Eyr yarımadasında yayılmış Malurus pulcherrimus daxildir.Rowley & Russell, p. 159 Molekulyar DNT analizləri nəticəsində ən yaxın qohum növün Malurus pulcherrimus olduğu müəyyənləşdirilmişdir.
Maluridae fəsiləsinə daxil olan digər quşlar kimi bu növ də gicitkən quşları fəsiləsi (Troglodytidae) ilə qohum deyil. Keçmişdə milçəkqapanlar fəsiləsinə (Muscicapidae), daha sonra Sylviidae fəsiləsinə daxil edilmişdir. 1975-ci ildə ildə isə Maluridae fəsiləsi tanınmışdır. Son dövrlərdə aparılmış DNT analizləri Maluridae fəsiləsinin Meliphagidae və Pardalotidae fəsilələri ilə qohum olduğu və Meliphagoidea üstfəsiləsində təsnif oluna biləcəyini göstərmişdir.
Təkamül Ornitoloq Riçard Şodd 1982-ci ildə apardığı araşdırmalar nəticəsində şabalıdı çiyin lələklərinə malik olan növlərin şimalda yayıldığını, lakin qitənin cənub-şərqində yayılmamadıqlarını göstərmiş, bu növün əcdadlarının şimaldan gəldiyini iddia etmişdir. Ehtimal olunur ki, bu növün əcdadları cənuba və cənub-qərbə təxminən 2 milyon il əvvəl — Pliosen dövrünün sonunda və ya Buz dövrünün əvvəllərində miqrasiya ediblər. Soyuq və quru iqlim şəraiti yaşayış areallarının kiçilməsinə və populyasiyalarının parçalanmasına səbəb olmuşdur. Cənub-qərbdə qalan quşlar M. elegans növünə, şimal-qərbdə qalmış növlər isə M. lamberti növünə təkamül etmişdir. İqlimin istiləşməsi nəticəsində mərkəzi və cənubi Avstraliya ilə Eyr yarımadası arasında yerləşən ərazidə yayılmış quşlar M. pulcherrimus növünə təkamül etmişdir. Sərin iqlim şəraiti bu növün digər növlərdən təcrid olunmasına gətirib çıxarmışdır. Buz dövrünün sonunda — 12.000–13.000 il əvvəl şimaldakı quşlar yenidən cənuba köç etmişdirlər. Bu yayılma 3 növün eyni yerdə yaşamasına səbəb olmuşdur. Gələcəkdə aparılacaq molekulyar analizlərin daha dəqiq nəzəriyyələrin ortaya çıxmasına səbəb ola biləcəyi düşünülür.
Fiziki xüsusiyyətlər thumb|left|Dişi (solda) qara dimdiyi və qırmızı sürməsi ilə, erkək isə eklips lələkləri ilə. Malurus elegans 15 santimetr boya və 8–11 qram çəkiyə malikdir. Bu xüsusiyyətlərinə əsasən Maluridae fəsiləsinin ən iri növüdür. Quyruq uzunluğu 7,5 santimetrdir.Rowley & Russell, p. 173Rowley & Russell, p. 36 Uzunluğu erkəklərdə 10 millimetr və dişilərdə 9,3 millimetr olan dimdik uzun, ensiz və itidir; dabanı genişdir. Dimdik ətrafları həşəratlarla qidalanan digər quş növlərindəki ilə oxşarlıq təşkil edir.
Fəsiləyə daxil olan digər növlərdə olduğu kimi bu növdə cinsi dimorfizm müşahidə olunur. Erkəklərin qara-boz rəngli lələkləri çoxalma dövründə parlaq göy və şabalıd rənginə bürünür. Çoxalma dövründə parlaq rəngli təpə, qulaq örtüsü və üst bel lələklərinə malik olurlar.Rowley & Russell, p. 43–44 Çoxalma dövründə erkəyin təpəsi, qulaq örtüsü və üst beli göy lələklərlə örtülü olur, boğazında və boğazının arxasında parlaq qırmızı-qəhvəyi lələklər peyda olur. Uzun quyruğu və qanadları boz-qəhvəyi rəngdədir, qarnı isə boz-ağ rəngdədir. Çoxalma dövrü nəzərə alınmadıqda erkək və dişi fərdlər boz-qəhvəyi rəngdə olurlar, amma erkəklər bəzən göy və qara lələklərinin bəzilərini qoruya bilirlər. Bütün erkəklərin dimdikləri və sürmələri qara rənglidir. Dişilərin də dimdikləri qara rəngli olsa da, sürmələri pas rəngi və göz halqaları açıq-boz rəngdədir. Yetkinliyə çatmayan erkəklərin sürmələri altı həftəlik ikən qaralır və yumurtadan çıxdıqdan sonrakı ilk çoxalma dövründə lələkləri tam olaraq çoxalma lələklərinə çevrilmir.Rowley & Russell, p. 172–73 Bu lələklər başda göy və boz, döşdə qara və boz ləkəli və parçalı görünüşə səbəb olur. Erkəklərin çoxu iki yaşında çoxalma lələklərinə qovuşurlar, bir qismi üç yaşını gözləməli olurlar. Tək bir qrup içində müxtəlif erkək fərdlərin çoxalma lələklərinə sahib olduğu müşahidə olunmuşdur, amma bunun çoxalmaya və növdaxili rəqabətə necə təsir etdiyi bilinmir.Rowley & Russell, p. 46
Həm erkək, həm dişilər çoxalma dövründən sonra payızda lələklərini dəyişirlər və erkəklər eklips lələklərə bürünür. Qışda və ya yazda yenidən çoxalma lələklərinə sahib olurlar. Gövdə lələkləri hər iki halda dəyişir, amma qanad və quyruq lələkləri dəyişmir. Quyruq lələkləri aşındıqda və ya zədələndikdə dəyişə bilər.Rowley & Russell, p. 45 Erkəklərin qulaq örtülərindəki göy lələklər parlaq rənglidir.Rowley & Russell, p. 44 Bu parlaq göy lələklər ultrabənövşəyi şüaları qaytarır. Ultrabənövşəyi görmə qabiliyyətinə malik bu cür quş növlərində belə lələklər daha parlaq olur.
Kommunikasiya Malurus elegans növünün fərdləri bir-biriləri ilə xəbərləşmək və bölgələrini bildirmək üçün səsli ünsiyyətdən istifadə edirlər.Rowley & Russell, p. 63 Fərdlər bir-birilərini nəğmələrindən tanıdıqları üçün qrup üzvləri ilə yadları ayıra bilirlər. Əsas nəğmə 1–4 saniyə çəkir və saniyədə 10–20 elementdən ibarətdir. Həm erkəklər, həm dişilər tərəfindən, xüsusilə bölgə sərhədlərinin qorunmasında istifadə olunur.Rowley & Russell, p. 65–66 Əsasən sübh açılmazdan əvvəl və açıldıqdan sonra oxuyurlar.Rowley & Russell, p. 66 Qidalanmaq üçün ətrafı gəzən quşlar digərləri ilə alçaq tonlu və azalan tonda sii-sii-sii səsinin təkrarı ilə ünsiyyət qururlar. Yüksək və kəskin tsit səsi həyəcan siqnalıdır.Rowley & Russell, p. 173
Yaşama müddətləri Maluridae fəsiləsinə aid olan quşların bir mövsümə sağ qalma nisbəti bu qədər kiçik quş növü üçün çox yüksəkdir. Malurus elegans növbəti ilə erkəklərin 78 %-i və dişilərin 77 %-nin sağ qalması qalması nisbəti ilə fəsilə içində ən yüksək sağ qalma nisbətinə sahibdir.Rowley & Russell, s. 128–29 Əsasən 10 il yaşa bilirlər. Məlum olan ən yaşlı Malurus elegans 16 yaşına çatmışdır.Rowley & Russell, s. 130
Yayılması thumb|right|Eucalyptus diversicolor meşəsi yaşamağa üstünlük verdikləri yerdir. Malurus elegans cənubi Avstraliyanın cənub-qərbində, Pertin şimalında axan Mur çayından Marqaret-River şəhərinə, eləcə də, Albaniyə qədər olan ərazidə yaşayır. Bu ərazilərdə geniş yayılmış növdür, lakin bataqlıqların qurudulması nəticəsində populyasiyalarında azalma müşahidə olunur.Higgins P. J., Peter J. M., Steele W. K. (Eds.) (2001). Handbook of Australian, New Zealand & Antarctic Birds: Volume 5 (Tyrant-flycatchers to Chats). Oxford University Press, Victoria. ISBN 0-19-553258-9 Eucalyptus diversicolor və Eucalyptus marginata ağaclarından ibarət meşələrin aşağı qatlarında yaşayırlar. Cavan meşələrdə yaşamağa üstünlük verirlər, lakin bəzən ağac kəsilmiş bölgələrdə də yaşayırlar. Əgər yaşadıqları meşədə yanğın baş verərsə, populyasiya həmin meşəyə ən az iki il qayıtmır. Pinus cinsi şam meşələri yaşamaları üçün əlverişli deyil.Rowley & Russell, p. 134
Meşə içində daha nəmli olan Lepidosperma effusum qamışlıqlarına üstünlük verirlər.Rowley & Russell, p. 175 Yaşadıqları bölgə şimaldan Malurus lamberti, şərqdən də Malurus pulcherrimus növlərinin yaşadıqları bölgə ilə qonşudur. Digər iki növ quru kolluqları sevsə də, Malurus elegans nəm kolluqlarda yaşayır. Keçid formaları olmadığı üçün bu üç quş ayrı növ kimi qeydə alınmışdır.Rowley & Russell, p. 164
BirdLife International Malurus elegans növünün yaşadığı ən əhəmiyyətli qoruq əraziləri kimi Araluen-Vunqonq, Calbarraqup, Mundarinq-Kalamunda, Şimali Dandalup, Stirlinq silsiləsi, İki xalq körfəzi və Menipiks dağını göstərmişdir.
Davranış Növün fərdləri yerdə hərəkət edərkən iki ayağını da eyni anda yerdən kəsərək hoppanırlar,Rowley & Russell, p. 42 lakin bəzən qaçdıqları da müşahidə olunur. Müvazinəti quyruq təmin edir. Quyruq yuxarı doğru və dik dayanır, nadir hallarda hərəkətsiz olur. Qısa və dairəvi qanadlar havaya qalxmağı asanlaşdırır və qısa çəkən uçuşlar üçün əlverişlidir, lakin uzun çəkən uçuşlar üçün əlverişli deyil.Rowley & Russell, p. 41
Malurus elegans az sayda fərdlərdən ibarət qruplar şəklində yaşayan və balalarını birlikdə böyüdən bir növdür və bölgələrini bütün il boyunca müdafiə edirlər. Bu bölgələr yaşadıqları ekosistemi təşkil edən meşələrdə 0,4–2,4 hektar sahəni əhatə edir, amma daha az üstünlük verilən yerlərdə daha kiçik ola bilir. Yaşadıqları yer yaxşı keçən çoxalma dövründən sonra qrupa yeni qoşulan fərdləri də dəstəkləyəcək qədər genişdir.Rowley & Russell, p. 58 Qruplarda adətən 2–9 quş olur və orta hesabla 4 quşdan ibarətdir. Öz fəsiləsində ən böyük qrupa sahib növdür. Bunun səbəbi yüksək illik həyatda qalma nisbəti və uyğun bölgələrdə yaşamalarıdır. Çoxalma nisbətləri kiçik olsa da, gənc fərdlərin doldura biləcəyi boşluqlar vardır.Rowley & Russell, p. 56 Cütlüklərdə sosial cəhətdən monoqamiya müşahidə olur, cütlükdən biri ölənə qədər bir-birilərindən ayrılmırlar. Həyatda qalan quş qrupdakı köməkçi quşlardan birini özünə cüt seçir. Üzərində çox araşdırma aparılmasa da, bu növün cütləşərkən bir neçə fərdlə cütləşdiyi məlumdur. Bu növdə digərlərinə nisbətən daha çox dişi köməkçi quş vardır. Qrupların yarısından çoxunda əsasən dişi olan iki və ya da daha çox köməkçi quş var. Köməkçi quşlar balaları bəsləyərək çoxalma dövründə cütləşən dişilərin yükünü azaldır.Rowley & Russell, p. 93 Köməkçi quşların ildə uğurla böyüdülən bala kuş nisbətini 1,3-dən 2 quşa artırdığı və bununla da populyasiyalarının daha sürətlə artdığı göstərilmişdir.Rowley & Russell, p. 94 Erkək köməkçisi olan dişi köməkçilərin biri ilə yeni bir cütlük yaradıb bölgəni genişlətdirdikləri müşahidə olunmuşdur.Rowley & Russell, p. 99