Hacıturalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd "Hacı Turalu" adı ilə Rusiya İmperiyasının siyahıyaalma kitabı olan "Qafqaz təqvimi"nin 1913-cü il üzrə qeydlər hissəsində Yelizavetpol qubermiyasının Şuşa qəzasının Əfətli kənd icmasının tərkibindəki kənd kimi qeyd edilib.

Azərbaycan SSR-in 1926-cı il taruxli inzaibati-ərazi bölgüsünə əsasən bu kənd Ağdam qəzasının Qarqar dairəsində yerləşirНаселение Агдамского уезда на 1926 года ..

Azərbaycan SSR-da 1929-cu ildə aparılmış inzibati-ərazi ishalatı və qəzaların ləğvi nəticəsində Hacı Turalı kəndi Ağdam rayonunun Əfətli kənd Şurasına (Sovetliyinə) aid edilib.

1961 -1977-ci illlərdə də "Hacıturalı" adı (bir sözlə yazılış) ilə kənd Əfətli Sovetliyinin tərkibində göstərilib.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmiş, onun ilk Nizanaməsi qəbul edilmişdir.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna əsasən Hacıturalı bələdiyyəsinin torpaqları Əfətli bələdiyyəsinə birləşdirilərək, Hacıturalı bələdiyyəsi ləğv edildi.

İqtisadiyyatı Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib

Həmçinin bax Ağdam rayonunun Hacıturalı bələdiyyəsi;

Ağdamra taonunun Əfətli bələdiyyəsi.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Əfətli kənd inzibati ərazi dairəsi