Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir. Bu liman gələcəkdə şərq-qərb dəhlizində mühün rol oynaya bilər.

İstinadlar

Kateqoriya:Azərbaycan körfəzləri Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Asiya körfəzləri Kateqoriya:Buxtalar