Eldar Səfərov () — Azərbaycanı təmsil edən idman gimnastı. Eldar Səfərov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb.

Həyatı Eldar Səfərov 1995-ci il 30 yanvarda Bakı şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Eldar Səfərov Dağıstan Dövlət Universitetinin məzunu olub.

Karyerası Eldar Səfərov birinci uğurunu 2013-cü ildə qazandı. O, Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə isə Eldar Səfərov I Avropa Oyunlarında qatıldı. Səfərov bu yarışlarda komanda yoldaşları Oleq Stepko və Petro Paxnyuk ilə birgə bürünc medal qazandı.

Eldar Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.

İstinadlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar