Qapılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.131, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s. 114 qeyd edilmişdir.

Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində "dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi", "dağ yamacında dərə" mənasında işlənən qapı sözünəМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.253 -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur.

Əhalisi Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.

İstinadlar

Xarici keçidlər

Գուսանագյուղի էջը CAA կայքում ԱՎԾ տվյալներ hayinfo.ru

/shirak.mtaes.am

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri