Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi.

Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri