Çhonji və ya Tyançi (, , ) — Koreya Xalq Demokratik Respublikasının və Çinin sərhədində yerləşmiş krater gölü. Çanbayşan dağ silsiləsinin hissəsi olan Pektusan vulkanik dağının kalderasındadır.
1979-cu ildən göl beynəlxalq biosfer qoruğunun tərkibinə daxildir.
Təsviri Çhonji və ya Tyançi gölü dünyada ən yüksək krater gölü kimi Ginnesin rekordları Kitabına düşmüşdür — suyun səthinin (üzünün) hündürlüyü 2189 m təşkil edir. Gölün sahəsi 9,82 km²-dir. Oktyabrın ortasından iyunun ortasına kimi suyun üzü buzla örtülmüş olur. Suyu çox şəffəf olur. Göldə balıqların bir neçə növü yaşayır.
Krater 969-cu ildə güclü püskürmə nəticəsində yarandı.
Gölün sahili bəzi yerərdə çox sərt, çox yerdə, demək olar ki, şaqulidir. Qidalanma - yağış, su axını, Sunqarinin qollarının biri olan Erdaobayxe çayı vasitəsilə baş verir. Göldən axan çay kraterin divarında sıldırımlı çıxıntılarla dərin dərəni yaradır. Onlardan ən böyük kraterin xarici kənarı 50 metr hündürlüyə malikdir.
Həmçinin bax Çanbayşan dağlarında göy göl
İstinadlar
Kateqoriya:Çin gölləri Kateqoriya:Şimali Koreya gölləri Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Vulkanik göllər Kateqoriya:Dağ gölləri Kateqoriya:Krater gölləri