Arif Mir Cəlal oğlu Paşayev () — Azərbaycanlı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991), Milli Aviasiya Akademiyasının rektoru, pedaqoq, Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın atası.
Haqqında Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev, anası Püstə xanım Paşayevadır.Görkəmli şəxsiyyətlərin Arif Paşayev haqqında dedikləri
Aida İmanquliyeva ilə ailə həyatı qurmuşdur. Övladları Mehriban Əliyeva və Nərgiz Paşayevadır.Görkəmli şərqşünas alim Aida İmanquliyeva
Ailəsi
Təhsili A. Paşayev 1951-ci ildə Bakıdakı 164 saylı orta məktəbi bitirərək Moskva Elektronika Rabitə İnstitutuna daxil olur. 1954-cü ildən təhsilini Odessa Elektronika Rabitə İnstitutunda davam etdirir və 1957-ci ildə həmin institutu "Radio-rabitə və radioyayım" ixtisasına yiyələnərək bitirir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlayıb. Bir neçə il Azərbaycan Dövlət Universitetində və Azərbaycan Elmlər Akademiyasında çalışdıqdan sonra 1960-cı ildə Moskvada keçmiş Sovet İttifaqının aparıcı elmi mərkəzlərindən biri olan Moskva Dövlət Nadir Metallar institutunun (QİREDMET) aspirantı olur.AKADEMİK ARİF MİR CƏLAL OĞLU PAŞAYEVАЗЕРБАЙДЖАН. НАУКА И ТЕХНОЛОГИЯ. Сегодня день рождения академика Арифа Пашаева
1964-cü ildə Azərbaycana qayıdır və Elmlər Akademiyasının Fizika institutuna gənc tədqiqatçı kiçik elmi işçi kimi fəaliyyətə başlayır.
1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçirici materialların parametrlərinin kontaktsız ölçülməsi üçün üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Texnika elmləri namizədi (PhD) elmi adını alıb.
1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində zədəsiz üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda olan dissertasiyasını müdafiə etdikdən sonra A. Paşayev Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə yüksəlir.
O dövr üçün xarakterik olmayan erkən yaşda — 30 yaşında namizədlik dissertasiyasını, təxminən 40 yaşlarında doktorluq dissertasiyasını müdafiə etməyi bacarmışdır. Onun tədqiqatları sualtı obyektlərin monitorinqi və tədqiqi üçün nəzərdə tutulmuş çoxfunksiyalı hidroakustik telemetriya sisteminin yaradılmasına səbəb olmuşdur.
Elmi fəaliyyəti 1969-cu ildən başlayaraq Arif Paşayevin tədqiqatları və təkmilləşdirmələri mikroelektronikada yeni bir sahənin — qeyri-elektrik kəmiyyətlərin mikroelektron çeviricilərinin əsasını qoydu.Страницы истории Академик Ариф Пашаев
1991-ci ildə A. Paşayev Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.
Fizika sahəsində qazandığı uğurlara görə Arif Paşayev "SSRİ ixtiraçısı" döş nişanı ilə təltif edilib.
1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə Həqiqi üzvü seçilib.
Əsas elmi nailiyyətləri Yarımkeçiricilərin tədqiqinin elektromaqnit zədəsiz metodları. İnformasiya emalının akustooptik metodları. Mülki aviasiya hava gəmilərində uçuşların təhlükəsizliyi problemlərinin elmi əsasları.
Arif Paşayevin rəhbərliyi altında 9 Fəlsəfə doktoru və 12 Elmlər doktoru hazırlanmışdır. O, eyni zamanda, Rusiya, Ukrayna, Latviya, Estoniya və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.Akademik Arif Paşayev Azərbaycan elminə və milli aviasiyanın inkişafına dəyərli töhfələr verib
Karyerası 1965-1966-cı illərdə A. Paşayev Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-riyaziyyat və Texnika elmləri bölməsinin elmi katibi vəzifəsində çalışmışdır; 1966-1971-ci illərdə – Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdi; 1971-1996-cı illər arası – Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasının rəhbəri olmuşdur; 1996-cı ildən A. Paşayev Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Akustooptika laboratoriyasının rəhbəri, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektorudur. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilmişdir.
Hazırda Milli Aviasiya Akademiyasının rektoru, AMEA Fizika İnstitutunun Akustooptika laboratoriyasının rəhbəridir.Milli Aviasiya AkademiyasıAkademik Arif Mir Cəlal oğlu Paşayev
Elmi əsərləri Development of effective cooling schemes of gas turbine blades based on computer simulation // International Journal of Applied Science, Engineering and Technology. 2004. №1. P.1–6. ISSN 1307–4318. In co-autorship with C.Askerov, R.Sadiqov and C.Ardil. Евразийский патент №012224. Способ получения защитных покрытий на лопатках газовых турбин. 28.08.2009. Евразийская патентная организация, Евразийское патентное ведомство. Совместно с А.С.Самедовым, Т.Б.Усубалиевым, Т.Б.Рзаевым и Д.М.Гамбаровым. Система диагностирования авиационного ГТД с применением методов Soft Computing. Научно-Технический Журнал Авиационно-космическая техника и технология. Харьков, изд-во “ХАИ”, 2009, №9/66, стр. 194-197. Совместно с М.Г.Шахтахтинским, П.Ш.Абдуллаевым и А.Д.Мирзоевым. Patent: İ 2009 0050. Akustooptik panoram qəbuledici. 30.03.2009. A.R. Həsənovla birlikdə. Nanostructured Van der Waals-like surface of GaSe. Azerbaijan Journal of Physics “Fizika” Vol. XVII, №1, Seksion: En march, 78-80, 2011. In co-autorship with B.G.Tagiyev and A.A.Safarzade. Study of the Forbidden Gap Width of Strained Epitaxial Lead Selenide Layers. Journal of Materials Science and Engineering, 2012, 2, 142-150. In co-autorship with O.I.Davarashvili, Z.G.Akhvlediani, M.I.Enukashvili, L.P.Bychkova and M.A.Dzagania. Epitaxial Lead Selenide Layers over a Wide Range of Their Thickness on Dielectric Substrates. Journal of Materials Science and Engineering, 2013, B. 3 (2), p. 97-103. In co-autorship with O.I.Davarashvili, Z.G.Akhvlediani, M.I.Enukashvili, R.G.Gulyaev and L.P.Bychkova. İngiliscə-Azərbaycanca-Rusca Aviasiya Terminləri Lüğəti. 3 cilddə. Milli Aviasiya Akademiyasının Poliqrafiya Mərkəzi. 2014. N.A.Paşayeva, R.M.Cəfərzadə, G.A.Əliyeva və D.Ə.Nağıyeva ilə birlikdə. Пашаев А., Садыхов Р., Самедов А. "Численное моделирование температурных полей в элементах авиационных газовых турбин." Научный вестник Московского государственного технического университета гражданской авиации. — Московский государственный технический университет гражданской авиации, 2005. — С. 109—120. Paşayev A., Sadıxov R., Səmədov A. "Təyyarənin qaz turbinlərinin elementlərində temperatur sahələrinin ədədi modelləşdirilməsi". Moskva Dövlət Mülki Aviasiya Texniki Universitetinin Elmi bülleteni. Moskva Dövlət Mülki Aviasiya Texniki Universiteti, 2005. səh. 109-120. Пашаев А., Аскеров Д., Садыхов Р., Самедов А. "Методы расчета тепловой защиты лопаток газовых турбин". Вестник Московского государственного технического университета им. Н.Э. Баумана. Серия: Машиностроение. Московский государственный технический университет им. Н.Э. Баумана, 2007. 102—116. A. Paşayev, Əsgərov D., Sadıxov R., Səmədov A. "Qaz turbinlərinin termik mühafizəsi üçün hesablama metodları". Bauman adına Moskva Dövlət Texniki Universitetinin bülleteni. Seriya: Mexanika mühəndisliyi, 2007. səh. 102—116. Пашаев А., Садыхов Р., Абдуллаев П. "Метод нечетко-нейронной идентификации технического состояния авиационных газотурбинных двигателей".МЕТОД НЕЧЕТКО-НЕЙРОННОЙ ИДЕНТИФИКАЦИИ ТЕХНИЧЕСКОГО СОСТОЯНИЯ АВИАЦИОННЫХ ГАЗОТУРБИННЫХ ДВИГАТЕЛЕЙ Научный вестник Московского государственного технического университета гражданской авиации, 2005. 93—100.Paşayev A., Sadıxov R., Abdullayev P. "Təyyarələrin qaz turbinli mühərriklərinin texniki vəziyyətinin qeyri-səlis-neyron identifikasiyası üsulu". Moskva Dövlət Mülki Aviasiya Texniki Universitetinin Elmi bülleteni, 2005. səh. 93-100.
Üzv olduğu təşkilatlar Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. Ukrayna Milli Aviasiya Akademiyalarının fəxri doktoru. Gürcüstan Milli Aviasiya Akademiyalarının fəxri doktoru. Vyana Beynəlxalq Universitetinin fəxri professoru. Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki. Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü. Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü. Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti.Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü.
Təltif və mükafatları 1990-cı il — Azərbaycan SSR Dövlət mükafatı 1999-cu il — İngiltərə Beynəlxalq Bioqrafiya mərkəzinin qızıl medalıArif Mir Cəlal oğlu Paşayev 2004-cü il — "Şöhrət ordeni" 2005-ci il — Əməkdar elm xadimi fəxri adı 2009-cu il — Şərəf ordeniA.M.Paşayevin Şərəf ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2014-cü il — İstiqlal ordeni "SSRİ-nin ixtiraçısı" döş nişanı Akademik İ.V.Pavlovun "Qızıl nişanı" Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı Dağıstan Respublikasının Fəxri fərmanıУказ Государственного Совета Республики Дагестан от 17.03.2004 № 63 Akademik Y. Məmmədəliyev medalıDünyada tanınan və Azərbaycana şöhrət gətirən nəslin görkəmli nümayəndəsi Beynəlxalq Aviasiya Komitəsinin qızıl medalı Fəxri diplom və "İlin mühəndisi" medalıОбсуждены успешные итоги работы Азербайджанской инженерной академии в 2011-2015 гг
İstinadlar
Xarici keçidlər Ариф Мир-Джалал оглы Пашаев Биография А. Пашаева
Kateqoriya:Dağıstan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Paşayevlər Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Azərbaycan universitetlərinin rektorları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan Texniki Universitetinin müəllimləri Kateqoriya:AMEA-nın alimləri Kateqoriya:Azərbaycan fizikləri