Tiksi () — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson).

Coğrafiya thumb|250px Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir.

Tarixi Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir.

1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir.

1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza).

Nəqliyyat Gəmiçilik

Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur. Rusiyanın uzaq şimal ərazisində əsas limanlarındandır.

Aviyasiya

Tiksidə federal əhəmiyyətli aeroport fəaliyyət göstərir ( 1 oktyabr 2012 ildən 16 aprel 2013 ilə qədər aeroport bağlanır. 16 aprel 2013 ildə dövlət daxili reyslər bərpa ediləcək).

Şəhərin seçilmiş abidələri Tipoqrafiya. Muzey: Arktikanın təsvir edilmiş incəsənət və mədəniyyəti, Təbiət qoruğu «Ust-Lena». Spasa Nerukotvor məbədi (2006 ildə inşa edilib.) thumb|Tundra lanşaftı. Tiksi.

İqlimi Şəhər qütb dairəsi daxilində yerləşir. İqlimi sərtdir. Şaxtanı isə dəniz müəyyən qədər yumşaldır. Yanvar ayının orta temperaturu −37.3°S, iyul və avqust aylarında isə +2.9°, +7.7° S təşkil edir. Artıq sentyabr ayında qış başlayır. Qışın sonu iyunun ikinci yarısına təsadüf edir. İlk boyu şaxta müşahidə edilir. Yayda bəzən tempertur qısa müddət ərzində -25°S olur. thumb| Fevral 2013 ildə Tiksidə -49.5°S temperatur müşhidə edilmişdir. Burada 99 sm hündürlüyündə qar müşahidə edilir. Qütb gecələri 67 gün ( 19 noyabrdan 24 yanvar), qütb gündüzləri 86 gün (10 may).

İstinadlar

Mənbə Tiksinin qeyri-rəsmi saytı Tiksinin şəkilləri

Kateqoriya:Saxanın yaşayış məntəqələri Kateqoriya:Rusiya limanları Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri