thumb|250px|right|Al Rayyan Futbol Klubu ölkədə ən böyük azarkeş dəstəyinə malik klubdur Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır"Sports chapter (2013)" Qatar Statistics Authority. İstifadə tarixi:2015-11-14. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladıPaul Radford (2 December 2010)."Russia, Qatar win 2018 and 2022 World Cups" Reuters.com İstifadə tarixi:2015-11-14.
Futbol thumb|250px|left|Qətər milli futbol komandası Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi"Qatar Stars League (QSL)" İstifadə tarixi:2015-11-14. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı"QSL expands to 14 teams" QatarSports Today. Date:8 May 2013. İstifadə tarixi:2015-11-14.
Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur. Bu klub qitənin klub turnirlərində bir neçə dəfə qalib olb.2012-2014-cü illərdə keçmiş Real Madrid Futbol Klubunun və İspaniya milli futbol komandasının hücumçusu Raul Qonsales bu klubda oynayıb "Real Madrid legend Raul opts to join Qatari outfit Al Sadd after ending Schalke stint" İstifadə tarixi:2015-11-14. 2015-ci ilin iyul ayında klub Barselona Futbol Klubunun oyunçusu Xavi ilə müqavilə imzalayıb.
Pep Qvardiola, Qabriel Batista, Fernando Hiero, Ronald de Boer kimi məşhur futbolçular Qətər klublarında oynayıblar "Football in Qatar" İstifadə tarixi:2015-11-14.
Futbol müsabiqələrində Qətər milli futbol komandasının ən böyük uğurları 1992, 2004 və 2015-ci illərdə Körfəz Kubokunun qalibi olub. 1981-ci il FİFA Dünya Gənclər Çempionatında finala yüksələn Qətər gəncləri Qərbi Almaniyaya 4-0 uduzaraq çempionatın gümüş medaına sahib çıxıblar.
Qətər 1988-ci ildə və 2011-ci ildə Asiya kubokuna ev sahibliyi edib. Bundan başqa 3 dəfə Körfəz Kubokuna ev sahibliyi edib və iki dəfə kuboku əldə edib.
Futzal Futzad, 2007-ci ildə Qətər Futzal Liqası yaranandan rəsmi icazəli idman növü kimi formalaşıb "AFC FUTSAL DEVELOPMENT TEAM VISITS QATAR" İstifadə tarixi:2015-11-14. Hazırda futzal üzrə iki əsas turnir var ki, bunlar QFA Futzal Kuboku və Açıq Kubokudur "Qatari futsal: great expectations" Futsal Planet. İstifadə tarixi:2015-11-14. Bu turnirlərin 2010-cu ildə təntənəli açılış mərasimi keçirilib. Ölkədə futzal üzrə turnirlər Qətər Futzal Assosiasiyasının nəzarəti altındadır. 2009-cu ildə Qətər Qadınlar Futzal Liqası Qadınların İdman Komitəsinin təşkilatçılığı ilə keçirilməyə başlayıbMai Akkad (25 February 2014). "Women’s football in Qatar making strides, but more young talent needed". İstifadə tarixi:2015-11-14.
Basketbol thumb|150px|right|Qətərin qadın basketbol futbolçuları Basketbol Qətərdə getdikcə populyarlaşmağa davam edir. Basketbol üzrə turnirlər Qətər Basketbol Federasiyası tərəfindən həyata keçirilir"QBF Commitees" Qatar Basketball Federation. İstifadə tarixi:2015-11-15. Qətər Basketbol Federasiyası 1964-cü ild təsis edilib. 1979-cu ildə FİBA Asiya və Fars Körfəzi Əməkdaşlıq Şurasının Təşkilati Komitəsinə üzv qəbul olunubQatar Basketball Federation . İstifadə tarixi:2015-11-14.
Qətərdə ilk basketbol üzrə çempionat 1995-ci ildə keçirilib. Bu çempionat Fars Körfəzi Əməkdaşlıq Şurası Gənclər Çempionatı adlanırdı. Basketbol üzrə komanda Asiya Basketbol Çempionatında 2003-ci ildə və 2005-ci ildə bürünc medallar qazanaraq 2006-ci il Basketbol üzrə Dünya Çempionatına vəsiqə qazanmışdı. Qətər 2023-cü il Basketbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
İstinadlar