İkinci Hindistan-Pakistan müharibəsi - 1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında baş vermiş silahlı münaqişə.
1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında münaqişənin başlanmasına əsas səbəb Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olmuşdur. Tezliklə bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilmişdir. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3,000 - 5,000 nəfər Indo-Pakistan Wars The Tribune June 2, 2005 Opinion: The Way it was 4: extracts from Brig (Retd) ZA Khan's book May 1998, Defence JournalAyub misled nation in ’65 war: Nur Khan 8 September, 2005 Khaleej Times, Hindistan tərəfindən 4,000 - 6,000 nəfər həlak olmuş, 8623 nəfər yaralanmışdır. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırıldı.
Kaç Pannı 1965-ci ilin yazında Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verdi. 1962-ci ilin mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşdi. Hindistan və Pakistan sərhəd bölgəsinə əlavə qoşun hissələri yeritdilər. Münaqişə Böyük Britaniyanın müdaxiləsi nəticəsində tam gücü ilə alovlanmağa imkan tapmadı. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar. 4 iyul 1969-cu ildə İslamabadda imzalanan müqaviləyə əsasən Kaş Pannı ətrafında yaranmış mübahisə tamamilə nizama salındı.
Müharibənin nəticəsi 1965-ci il müharibəsi nəticəsiz qaldı. Heç bir tərəf həlledici hərbi qələbə qazanmadı və Kəşmirin statusu ilə bağlı əsas mübahisə həll olunmadı. Pakistan daha çox əraziyə iddia etsə də, müqavilənin şərtlərinə görə ona səhranın 900 km²-lik ərazisi verildi. Müharibə Pakistanın daha zəif hərbi imkanlarını üzə çıxardı və gələcəkdə Pakistanın nüvə silahı proqramına marağını artırdığı düşünülür. Kəşmir problemi regional və beynəlxalq arenada gərginlik mənbəyi olaraq qalmaqda davam etdi və bu, sonrakı illərdə də yeni qarşıdurmalara (məsələn, 1971-ci il müharibəsi) yol açdı.
Xarici keçid Official 1965 War History, History Division, Ministry of Defence, Government of India İstinadlar Kateqoriya:Hindistan Kateqoriya:Pakistan Kateqoriya:1965-ci ildə Hindistan Kateqoriya:1965-ci ildə Pakistan Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Hindistanın müharibələri Kateqoriya:Kəşmir münaqişəsi