Mallampati təsnifatı, Mallampati sınağı birbaşa ağız boşluğunu obyektiv müayinə edərkən görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdırMallampati SR et al: A clinical sign to predict difficult tracheal intubation: a prospective study. Can Anaesth Soc J. 1985 Jul;32(4):429-34. PMID 4027773. Təsnifat 1985 ci ildə Seşakir Mallampati tərəfindən tərtib edildiyindən onun adını daşıyır. Müayinə oturaq və ya ayaqüstü vəziyyətdə, normal baş duruşu, ağızın tam açılmış, dilin çıxarılmış halında aparılır.
İlkin formaMallampati, SR; Gatt, SP; Gugino, LD; Desai, SP; Waraksa, B; Freiberger, D; Liu, PL (Jul 1985). "A clinical sign to predict difficult tracheal intubation: a prospective study.". Canadian Anaesthetists' Society journal 32 (4): 429–34. doi:10.1007/BF03011357. PMID 4027773. I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və damaq qövsləri görünür, amma dilçək dil kökünün arxasında gizlənmiş olur. III: yalnız yumşaq damaq görünür.
İlkin təsnfat Samsun və Yanq tərəfindən bir qədə təkmilləşdirilərək indiki istifadə olunan formanı almışdır. Təkmill formaSamsoon GL, Young JR: Difficult tracheal intubation: A retrospective study. Anaesthesia 1987; 42: 487-490 PMID 3592174 I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və qismən dilçək görünür (dilçək ucu görünmür). III: yalnız sərt və qismən yumşaq damaq görünür. IV: yalnız sərt damaq görünür.
Həmçinin bax Kormak-Leheyn təsnifat sistemi Sellik manevri Traxeyanın intubasiyası
İstinadlar
Kateqoriya:Tibbi təsnifatlar Kateqoriya:Anesteziya