Qarmo dağı və ya Qarmo zirvəsi (, Qullai Garmo; , pik Garmo) — Tacikistanın Dağlıq Badaxşan muxtar dairəsində yerləşən, Pamir dağlarının bir hissəsi olan dağ. Dağın hündürlüyünün 6.595 və 6.602 metr arasında olduğu təxmin edilir.(Russian) Памир at wiki.risk.ru, accessed 5 August 2008
Dağda bir neçə buzlaq yerləşir, ən böyük buzlağı Fedçenko buzlağıdır. Fedçenko buzlağı dünyada qütblərdəki buzlaqlar istisna edildikdə, ən uzun buzlaqdır. Bu buzlaq şərqə doğru axmaqdadır. Dağa ən yaxın yaşayış məskəni Poymazorda, dağın 50 km cənubunda, dəniz səviyyəsindən 2.785 metr yüksəklikdədir. (38° 39' 10 Şm, 71° 58' 2 Ş)Pik Garmo, Tajikistan at peakbagger.com, accessed 6 August 2008
Dağın dəqiq hündürlüyü məlum deyil. Qəbul edilmiş konsesusa əsasən dağın hündürlüyü 6.595 metr kimi qəbul olunur. 1973-cü ildə "American Alpine Journal" jurnalında dağın hündürlüyü 6.615 metr verilmişdir.American Alpine Journal for 1973, page 505 online at books.google.co.uk, accessed 6 August 2008
Tarix thumbnail|left SSRİ dövründə Qarmo dağının Nauk Akademiya dağlarının ("Elmlər Akademiyası dağları"; ; ) dağ silsiləsinin bir hissəsi olduğu güman olunurdu. Bu dağ silsiləsi 1927-ci ildə səyyah Nikolay Leopoldoviç Korjenevskiy tərəfindən SSRİ Elmlər Akademiyasının şərəfinə adlandırılmışdır.
1928-ci ildə rus səyyahlar bu regiondakı Lenin zirvəsini fəth etmişlər və İsmoil Somoni dağının hündürlüyünü rəsmən ölçmüşlər. Ehtimal olunur ki, onların hündürlüyünü ölçdükləri dağ elə Qarmo dağı idi, baxmayaraq ki, indiki Qarmo dağının ərazisində 16 km şimalında yerləşir.
1962-ci ilin iyulunda iki britaniyalı alpinist — Vilfrid Noys və gənc şotland Robin Smit dağa dırmaşarkən 1.200 metr hündürlükdə həlak olmuşdurlar. Onlar daha sonra Kommunizma dağı kimi tanınacaq İsmoil Somoni dağına ediləcək Britaniya-Sovet ekspedisiyasına hazırlaşırdılar.Pik Kommunizma , at summitpost.org, accessed 5 August 2008
Noys və Smitin ölümünə görə Britaniya alpinistləri ilə SSRİ alpinistləri arasında münaqişə yaranmış və Britaniya alpinistlərinin lideri Henri Con Böyük Britaniyaya qayıtmışdır. 1964-cü ildə Britaniya mətbuatı dağın hündürlüyünü 6.645 metr kimi göstərmişdir.Cantwell, Robert A Mountaineer Records a British-Russian Adventure on a Dangerous Pamir Peak dated 9 November 1964 at cnn.com, accessed 5 August 2008
Ad qarışıqlığı 1920-ci və 1930-cu illərdən başlayaraq Qarmo dağı İsmoil Somoni dağı ilə qarışdırılmağa başlamışdır. İsmoil Somoni dağı həm də Stalin dağı və Kommunizma dağı adları ilə tanınır.People's Quiz at bbc.co.uk, accessed 5 August 2008
Ədəbiyyat Malkolm Slesser Red Peak: A Personal Account of the British Soviet Expedition 1962 (London: Hodder & Stoughton, 1964) Sikouri, Paola, Kopilov, Vladimir, & Pierce, Riçard A., Forbidden Mountains: The Most Beautiful Mountains in Russia and Central Asia (Milan: Indutech, 1994; US: Menasha Ridge Press Inc., 1997). ISBN 978-1-871890-88-4) Cimmi Kruykşank High Endeavours: The Life and Legend of Robin Smith (Edinburgh: Canongate, 2005). ISBN 978-1-84195-658-9
İstinadlar
Xarici keçidlər Panoramio.com saytında Qarmo dağının yerləşməsi peakbagger.com saytında Qarmo dağı planeteye.com saytında MSN xəritəsi
Kateqoriya:Tacikistan dağları Kateqoriya:Dağ zirvəsi – altıminliklər