Bakı Şəhər Halqası () — Bakı şəhərində, Dənizkənarı Milli Park yaxınlığında yerləşən motor yarışması dairəsi. 2016-cı ildən bu dairədə Avropa Qran Prisi və əlaqəli yarışların keçirilir.
Tarixi thumb|left|Azərbaycan poçtunun filateliya məhsulu
İnkişaf 2013-cü ilin dekabrında Formula 1 prezidenti və baş direktoru Berni Ekklstoun bu yolda yarışmanın 2016-cı ildən keçirilməsinə başlanacağını açıqlasa da, sonradan Koreya Qran Prisinin müqavilə şərtlərinin pozulmasına görə yarışma tarixinin 2015-ci ilə keçirilməsini bildirmişdi. Lakin, 2014-cü ilin iyulunda yarışmanın 2016-cı ildən etibarən keçiriləcəyi xəbər verilmişdir.
Dizayn Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilmişdir. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.https://news.milli.az/sport/443772.html Bir gün qaldı…http://xezerxeber.az/Web%20TV/19787.html Bakı Şəhər Halqası belə tikildihttps://www.bakucitycircuit.az/az/yaris/halqa-uzr-bldci Halqa üzrə bələdçi
İstinadlar
Həmçinin bax Avropa Qran Prisi
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Bakıda idman Kateqoriya:Formula 1 trasları Kateqoriya:Hermann Tilke tərəfindən dizayn olunmuş yarış trassları Kateqoriya:Azərbaycan Qran Prisi Kateqoriya:Bakıdakı idman qurğuları Kateqoriya:Azərbaycandakı motor yarışı yolları Kateqoriya:Bakının görməli yerləri