100 kağız — rejissor Şahin Zəkizadə tərəfindən 2015-ci ildə ekranlaşdırılmış komediya filmi.Abdullayeva, S. "100 kağız" filminin təqdimatı olub: [rejissor Şahin Zəkizadənin eyniadlı filminin Nizami Kino Mərkəzində təqdimatı haqqında] //525-ci qəzet.- 2015.- 9 aprel.- S.7; Səs. — 2015.- 9 aprel.- S.12. Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Filmdə əsas rolları Valeh Kərimov, Cəfər Namiq Kamal, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov və Pərviz Məmmədrzayev ifa edirlər.
Məzmun Baş rolda elə "100 kağız"ın özüdür. O, filmin baş qəhrəmanı və aparıcı obrazıdır. Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən-ələ keçərək sahibini dəyişir və sonda gözlənilməz anda heç kimə qismət olmur. Əsginasa sahib olan insanlar müxtəlif təbəqə və peşənin nümayəndələridir. Onların arasında yol polisi, müğənni, falçı, molla və başqaları var. Beləliklə 100 kağız müxtəlif yollarla əl dəyişir… bütün bu əl dəyişmələr komik hadisələrlə müşayiət olunur.
Film haqqında Film rejisorun böyük kinoda ilk və sonuncu işidir. Rejissor 2017-ci ildə vaxtsız vəfat etmişdir. Film 60 min manata ərsəyə gəlib. Film 21 günə çəkilib.
Filmin üzərində işləyənlər Rejissor: Şahin Zəkizadə Ssenari müəllifi: Şahin Zəkizadə, Fərid Rzayev Operator: Rövşən Namazov Bəstəkar: Natiq Qəzənfəroğlu Prodüser: Tahir Tahiri, Seymur Səfərov Rəssam: Aygün Mahmudova, Natalya Netrunenko
Rollarda Valeh Kərimov Cəfər Namiq Kamal Naibə Allahverdiyeva Dilarə Əliyeva Nicat Kazımov Pərviz Məmmədrzayev Təvəkkül Əliyev Roza Zərgərli Bəhram Bağırzadə Azər Axşam Qurban İsmayılov Əjdər Zeynalov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2015-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər