() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Qanadları açılmış halda 50–54 mm-dir. Ön qanadlar tünd qara rəngdədir, üzərində 8 iri sarımtıl-ağ rəngli ləkələr vardır. Bunlardan zirvəyə yaxın ləkələr iri və yumru, əsasına birləşən ləklər isə pazşəkillidir. Arxa qanadları narıncı rəngdədir. Hər iki qanadın zirvəsi ön qanadların rəngi kimi tünd qaradır. Bunun altında iki yumru qara ləkə, əsasına yaxın bir kiçik qara ləkə yerləşir. Baş və döşün üzəri sıx qara rəngli tükcüklərlə örtülüdür. Qarıncığı qırmızımtıldır, hər buğum üzərində çox kiçik qara nöqtələr vardır.
Yayılması Cənubi və Orta Avropa, Rusiya, Qafqaz, Kiçik Asiya, Türkmənistan və Şimali Afrika ərazisində rast gəlinir. Azərbaycanda isə Abşeron, Şirvan düzənliyi, Lənkəranda Xəzər dənizi sahillərində Və Talışın dağ-səhra hissəsində və Naxçıvan MR.
Həyat tərzi Düzənliklərdə və dağ-səhra kserofit biotoplarda yaşayır. Kəpənəkləri iyun-iyul aylarında uçur. Tırtılları payız və yazda bağayarpağı, gicitkan, boymadərən, çiyələk və s. ot bitkiləri üzərində yaşayır.
Sayı Azsaylıdır. 2 kəpənəyi Talışdan tutulmuşdur.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları