Bidhya Devi Bhandari (; ) — Nepal dövlət xadimi. 2015-ci ildə Nepalın prezidenti seçilib. O Nepalda bu vəzifəni tutan ilk qadın siyasətçidir. O, 28 oktyabr 2015-ci ildə prezident seçkilərində qalib gəlməzdən əvvəl Bütün Nepal Qadınlar Birliyinin sədri və Nepal Komunist Partiyası sədrinin müavini idi. Bhandari, parlament səsverməsində 549 səsdən 329-nu alaraq, Kul Bahadur Qurunqa qalib gəlib. O, əvvəllər Nepal hökumətinin Müdafiə Naziri vəzifəsində çalışıb.
İstinadlar
Kateqoriya:Nepal prezidentləri Kateqoriya:Nepal siyasətçiləri Kateqoriya:Qadın prezidentlər Kateqoriya:XXI əsr siyasətçiləri