— Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan keçmiş aylıq şoco və cosey manqası jurnalı.

2010-cu ilin aprelində Kodansha yeni jurnalın təsis edilməsində maraqlı olduğunu açıqlamışdır. Jurnalın ilk sayı 28 iyul 2010-cu ildə çapdan çıxmışdır. Jurnal B5 formatında nəşr olunur. "Aria" jurnalı əsasən 16–22 yaşlı qadınlar üçün nəzərdə tutulmuşdur.

2013-cü ildə Kodansha "Shingeki no Kyojin" manqa seriyasının spin-offu olan Attack on Titan: No Regrets manqasının proloq fəslinə olan təlabatı ödəmək üçün jurnalın tiraj sayını təxminən 500 % (80.000 nüsxə) artırmağa qərar vermişdir.

Jurnal 28 aprel 2018-ci ildə fəaliyyətini dayandırmışdır.

Manqa seriyaları Amatou Penguin — Kenci Sonishi Ani — Imo — Haruko Kurumatani Demon from a Foreign Land – Kaori Yuki GDGD-DOGS — Ema Toyama Haikyo Shojo — Nao Tsukici (başa çatıb) Hanirabi! — Kuvahara Sota (başa çatıb) First Love Monster — Akira Hiyoşimaru He's My Only Vampire — Aya Sooto

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Yaponiya aylıq manqa jurnalları Kateqoriya:Kodansha jurnalları Kateqoriya:2010-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Şoco manqası jurnalları Kateqoriya:Cosey manqası jurnalları