Qiqantoraptor () — Oviraptoridae fəsiləsinə aid Dinozavr növü. Onlar Təbaşir dövrünün sonları 89–85 milyon il öncə yayılmışlar. Onların qalıqları Asiyada Çinin Daxili Monqolustan vilayəti ərazisində aşkarlanmışdır. İlk dəfə 2007-ci ildə Syo Sin tərəfindən ətraflı olaraq məlumat verilmişdir. Yalnız bir növə malikdir — G. erlianensis.X. Xu, Q. Tan, J. Wang, X. Zhao, and L. Tan. 2007. A gigantic bird-like dinosaur from the Late Cretaceous of China. Nature 447:844–847

Görünüşü thumb|left|150px|İnsana olan nisbəti Qiqantoraptor 8 metr uzunluğa və 1,5–2 ton çəkiyə malik imişlər. İndiyə kimi aşkarlanan quşabənzər dinozavrlar arasında ən irisidir. Citipati Qiqantoraptor aşkarlanana qədər ən irisi hesab edilirdi. Onlar quşlarda olduğu kimi dişlərə sahib olmamışlar. Yutiran aşkarlanana qədər elmə məlum olan lələkli heyvan hesab edilirdi.

İstinadlar

Mənbə The Paleobiology Database на www.paleodb.org Şon Doyl — Yeni tapıntılar dinozavrlar və quşlar haqqında fikirləri dolaşığa salır www.membrana.ru

Kateqoriya:Dinozavrlar Kateqoriya:Təbaşir dövrü dinozavrları Kateqoriya:Asiya dinozavrları Kateqoriya:Kələzçanaqlılar