Səid ibn Əmr əl-Həraşi (; ) — Əməvilər dövrü vali və sərkərdələrindən.

Həyatı

Qeys Aylan qəbiləsinin qollarından Hariş ibn Kəbə mənsubdur. Əslən qinnəsrinli olub İrminiyədə doğulduğu, anasının həbəşli olduğu nəql edilməkdədir. Mənbələrdə həyatı ilə bağlı ilk məlumatlar, Şəvzəb adlı bir xaricinin çıxardığı üsyanı yatırmasıyla əlaqəlidir.

720-ci ildə Kufə valisi Əbdürrəhman ibn Abdullahın, Şəvzəbin çıxardığı üsyanı yatırmaqla Məhəmməd ibn Cərir komandanlığında göndərdiyi ordu məğlub olmuşdu. Xaricilər, daha sonra Əməvi xəlifəsi II Yezidin göndərdiyi iki ordunu da məğlubiyyətə uğratmışdılar. Bu arada Kufəyə gələn xəlifənin qardaşı Məsləmə ibn Əbdülməlik, xalqın şikayətçi olması üzərinə Səid ibn Əmr əl-Həraşini Şəvzəbin üsyanını yatırmaqla vəzifələndirdi. Aparılan savaşda Həraşi komandasındakı ordu xariciləri məğlub etdi, Şəvzəb də öldürüldü. Həraşi bu uğurundan dolayı Xorasan valiliyinə təyin edildi (721-22).

Xorasanda öncəliklə bir sıra idari və əsgəri nizam-intizam yaradan Həraşinin buradakı ən önəmli uğuru Soğdlular qarşısında qazandığı zəfərdir. Onun xariciləri yenməsi və dərhal ardından Xorasan valiliyinə təyin edilməsi, öncəki vali zamanında cizyə və xərac vergilərini ödəməyən və valiyə qarşı türklərlə iş birliyi quran Soğdluları əndişəyə saldı. Soğdlular, məlikləri Gurəkin qəbul etməməsinə baxmayaraq yurrlarını tərk edərək Fərqanə hökmdarından sığınma istəyində oldular. Ancaq Həraşi, hələ Fərqanə məlikinin himayəsi altına girmədən Xocənd yolunda onları yaxalayıb bir çoxunu qılıncdan keçirdi; bir qismini də əsir alaraq mallarını müsadirə etdi. Bu arada Xocənd güzərgahında olan Usruşananı ələ keçirib əhalisi ilə bir anlaşma bağladı.

Həraşi, Soğd məsələsini böyük ölçüdə həll etdikdən sonra Süleyman ibn Əbüs-Sürrini Soğd vadisində yaşayan Dehqan Deyuştinin üzərinə göndərdi. Süleyman, Deyuştini məğlubiyyətə uğratdı və sığındıqları qalada mühasirə altına aldı. Qala əhalisi uşaqlarına toxunulmaması şərtiylə təslim olmağı qəbul edincə Həraşi Deyuştini tutuqlayaraq İraq valisi Ömər ibn Hübeyrəyə göndərdi.

Həmçinin bax

Züfər ibn Haris əl-Kilabi

İstinadlar Kateqoriya:VIII əsr şəxsləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Ərəblərin Mavəraünnəhrə yürüşü