Benedikt Timoti Karlton Kamberbetç (; ) — britaniyalı aktyor.
Karyerası "Lourens Olivye" (2012) və "Emmi" (2014) mükafatlarının laureatı, "Qızıl Qlobus" mühafatına 2 dəfə , "Oskar" mükafatına 1 dəfə nominasiya olunub. Britaniya imperiyasının komandoru (2015).
BBC-nin "Şerlok" teleserialındakı Şerlok Holms (2010–2014), "Star Trek Into Darkness" filmində Xan Nunyen Sinqh (2013), ""Beşinci hakimiyyət" bioqrafik trillerində jurnalist Culian Assanj (2013) və "İmitasiya oyunu" dramında riyaziyyatçı Alan Türinq (2014) rolları ilə dünyaya məşhurlaşıb. Aktyor daha sonra Marvel Kinematoqrafiya Kainatının "Doktor Strenc" (2016), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı (2018) və "Qisasçılar: Final (2019) filmlərində Doktor Strenc personajını canlandırıb.
Filmoqrafiya Kəffarə (2007) 1917 (film, 2019)
İstinadlar
Xarici keçidlər
Qeyri-rəsmi sayt
Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Britaniya aktyorları Kateqoriya:Emmi mükafatı laureatları Kateqoriya:Kişi feministlər Kateqoriya:XXI əsr aktyorları