Şərqi aleksanor yelkənciyi () — pulcuqqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid növ. Son dərəcə nadir növdür.
Təsviri İri və gözəl kəpənəkdir. Qanadları açıldıqda 80–85 mm-ə çatır. Sarı rəngli ön üanadlar qara ləkəli və damarlı, kənarları enli qara haşiyəlidir. Arxa qanadlarında "quyruqcuqları" var.Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013
Yayılması Cənub-şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.Alexanor Esp.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar.Ландман В. Бабочки: иллюстрированная энциклопедия. — М.: Лабиринт Пресс, 2002. — С. 79-8
Həyat tərzi Quru yamaclar və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələr. Mayda və iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan ferula üzərində inkişaf edir, gizli həyat tərzi keçirir, gecələr qidalanır, gündüzlər isə ferula bitkisi uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. İldə bir nəsil verir. Puplar çimlikdə qışlayırlar. Təbii düşməni və xəstəlikləri məlum deyil.
Sayı R.Əffəndi tərəfindən Naxçıvan MR-da 5 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Kəpənəyin yaşayış ərazilərinin tədicən insanların yaşayış məskənlərinə çevrilməsi nəticəsində biotopların mal-qara tapdağı altında qalması, ot çalımı, landşaftların dəyişdirilməsi tırtılların yem bitkisi olan çaşırın yerli əhali tərəfindən yeyilməsi və həmin bitkinin qaramalın balaları üçün yem kimi istifadə edilməsi. Həvəskar kolleksiyaçılar tərəfindən kommersiya məqsədilə toplanması da kəpənəyin sayının azalmasında müəyyən rol oynayır.Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycan Qırmızı Kitabının I nəşrinə daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəyin yayıldığı ərazilərdə qorunma sahələrinin təşkil edilməsi, bu ərazilərə vaxtaşırı monitorinqlər kəpənəyin sayının artmasına səbəb ola bilər.
İstinadlar
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013 Ландман В. Бабочки: иллюстрированная энциклопедия. — М.: Лабиринт Пресс, 2002. — С. 79-80 Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 - 475; Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1-2, 1972, с. 136 - 154, 352 - 368.
Kateqoriya:Əsl yelkənqanadlılar Kateqoriya:Avrasiya həşəratları