Şüyüd plov — Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür.

Tərkibi Uzun düyü Şüyüd Kərə yağı Duz İstiot Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur.

Hazırlanma qaydası Düyünü duzlu suda isladırıq. Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq. Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin. Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq. Toyuğu doğrayıb soyutma bişiririk. Yumurtaları da soyutma bişiririk. Daha sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.

Kateqoriya:Azərbaycan plovları