Naqoya (yap. 名古屋) — Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır.

Əhalisi Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir.Lamiyə Əliyeva, Dünya universitetləri: Naqoya Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 23.09.2011, № 37, səh. 8–9 . Əhalisinin sayı 2220738 (2006) nəfərdir.

Turizm Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ayçi prefekturasının şəhərləri