Oleandr hafı () — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür.
Qısa təsviri İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır. Tırtılı çox iridir (uzunluğu 11 sm), rəngi parlaq yaşılıdır (bel tərəfi sarımtıl – ağdır), qısa sarımtıl buynuzu vardır.Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
Yayılması Avropa, Asiya, Şimali Afrika, Cənubi Qafqaz, Azərbaycanda – Abşeron, Lənkəran, Ordubad.Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с.135;
Həyat tərzi Evritop növdür. Kəpənəklər maydan avqusta qədər uçur, güman ki, ildə iki nəsil verir. Qafqazın Qara dəniz (Suxumi) sahillərində 4-ə qədər nəsil verir. Kəpənəklər çox böyük məsafəyə 2 – 3 min km-ə qədər uçmağa uyğunlaşmışlar. Tırtılları nerium yarpaqları və qıfotu (Vinca herbacea) ilə qidalanırlar. Puplar torpaqda, nerium bitkisinin dibində qışlayırlar.Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
Sayı R. Əffəndi tərəfindən Abşeronda 3, Lənkəranda 2 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Abşeronda nerium bitkisinin məhv edilməsi bu kəpənəyin sayının kəskin azalmasına səbəb olmuşdur. Kəpənəklərin həvəskar kolleksiyaçılar tərəfindən tutulması və tırtılların toplanması da onun sayına mənfi təsir edir.
Qəbul olunmuş qorunma tədbirləri Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Tutulmasını qadağan etmək, nerium bitkisinin sahəsini genişləndirmək, kəpənəyi süni surətdə çoxaldaraq təbiətə buraxmaq lazımdır.
Pupları Pupları uzun, üzərində qara nöqtələr olur. Bu qara nöqtələr nəfəslikləri əhatə edir.
thumb|left|210px right|thumb|300px|Pup
İstinadlar
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013 Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с.135; Миляновский Е.С. Фауна чешуекрылых Абхазии // Тр. Сухум. опытн. ст. эфиромасл. культур. Сухуми, 1964.190 с.; Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
Xarici keçidlər Oleandr hafı (Deilephila nerii)
Həmçinin bax
Kateqoriya:Haflar Kateqoriya:Daphnis Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları