Komarov hafı () — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür.
Təsviri Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur.
Yayılması Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu). Дидманидзе Э.А. Чешуекрылые аридных ландшафтов Грузии.-Тбилиси: Мецниереба, 1978, 319 с.;
Həyat tərzi Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir. Gecələr isə fəaldır, xüsusilə gecə yarısından sonra. Tırtılları iyulda və avqustun əvvəlində gecələr südləyən bitkisinin yerli növləri ilə qidalanır, gündüzlər daş və kəsək altında gizlənir. Torpaq içərisində puplaşır və qışı orda keçirir.Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013.
Sayı Lokal, azsaylı növdür. R.Əffəndi tərəfindən 4 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Kənəklərin yayıldığı ərazilərdə torpağın əkin və otlaq sahələrinə çevrilməsi, ot örtüyünün biçilməsi.
Qorunması üçün qəbul olunmuş tədbirlər Azərbaycan Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəyin yayıldığı ərazilərə monitorinqlərin təşkili. Bu ərazilərdə yasaqlıqların təşkili. Kəpənəyin süni surətdə artırılaraq təbiətə buraxılması. Kolleksiyaçılar tərəfindən tutulmasının qarşısının alınması.
İstinadlar
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 - 475; Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.; Дидманидзе Э.А. Чешуекрылые аридных ландшафтов Грузии.-Тбилиси: Мецниереба, 1978, 319 с.; Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.
Xarici keçidlər RETHERA KOMAROVI (Christoph, 1885)
Kateqoriya:Haflar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Macroglossini