thumb|Kollektivləşməyə dair plakat (1930) Kollektivləşmə () — İosif Stalinin hakimiyyətə gəlişindən sonra Sovet İttifaqında 1928–1940-cı illər ərzində kənd təsərrüfatı sahəsində kollektivləşdirmə siyasəti həyata keçirilirdi. Kollektivləşdirmə ilk dəfə Birinci beşillik planın tərkib hissəsi kimi başladı. Bu siyasətin əsasında şəxsi torpaq mülkiyyətçiliyini, işçiliyini nominal olaraq kollektiv idarəetməyə, açıq və ya qapalı bir şəkildə dövlət nəzarətində fəaliyyət göstərən təsərrüfatlara — kolxozlar and sovxozlara — çevirmək idi. Sovet rəhbərliyi düşünürdü ki, şəxsi kəndli təsərrüfatlarının kollektiv idarəçiliklə əvəzlənməsi qısa bir müddət ərzində şəhər əhalisi üçün tədarük edilən ərzaq məhsullarının, emal sənayesi üçün xammalın artmasına yol açacaq. Həmçinin kolxozlarda işləyən şəxslərə dövlət tərəfindən müəyyən edilmiş kvotalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının da artacağı gözlənilirdi. Bu layihəni hazırlayanlar onu kənd təsərrüfatı mallarında yaranmış, xüsusən 1927-ci ildən daha ağır bir şəkildə hiss edilən taxıl tədarükündəki problemlərin həlli olacağını gözləyirdilər. Bu problem Sovet İttifaqının ambisiyalı sənayeləşmə proqramına başlamasından sonra daha ağır bir şəkildə hiss edilməyə başlandı. Bu o demək idi ki, böyüyən şəhərli tələbini qarşılaya bilmək üçün daha çox kənd təsərrüfatı mallarına ehtiyac var idi.
1929-cu ilin oktyabrında kəndli ailələrinin təxminən 7.5 faizi kollektiv fermalarda cəmlənmişdi, 1930-cu ilin fevralında bu göstərici 52.7 faizə qədər yüksəldi. Bu proses həyata keçirilən zaman çoxsaylı aclıqlar meydana çıxdı, eyni zamanda kəndlilərin kollektivləşdirməyə güclü müqaviməti də yaşandı.
Zəmin 1861-ci ildə təhkimçiliyin ləğv edilməsindən sonra tədricən kəndlilər torpaqların yarısına olan nəzarətlərini qurmağı bacardılar və bütün torpaqların paylaşdırılmasını tələb etməyə başladılar. Stolipin tərəfindən həyata keçirilmiş kənd təsərrüfatı islahatı 1904–1914-cü illərdə həyata keçirilib böyük təsərrüfatların meydana çıxmasına yol açsa da, Birinci Dünya müharibəsinin başlaması ilə bu proses də dayandırıldı. Fevral inqilabından sonra formalaşan Müvəqqəti Hökumət ağır müharibə şərtlərinə görə bu məsələdə o qədər də aktiv rol oynaya bilməsə də, imkan yarandığı təqdirdə torpaqların paylaşdırılmasını həyata keçirəcəyinə söz verirdi. Beləliklə, kəndlilər Müvəqqəti Hökumətə qarşı dönməyə başladılar və özlərini ənənəvi kəndli kommunaları ilə güclü bir forma alan torpaq komitələrində birləşdilər. Vladimir Lenin 16 aprel 1917-ci ildə Rusiyaya döndükdən sonra insanlara "Sülh, Torpaq və Çörək" sözü verdi. Bu şüardakı son iki tələb kəndlilərə müsadirə edilmiş torpaqların bölüşdürüləcəyi və hər bir işçiyə ədalətli pay veriləcəyi kimi qəbul edilirdi.
Müharibə kommunizmi dövründə Prodrazvyorstka siyasəti həyata keçirilirdi. Bu siyasət əsasında kəndlilərdən onlar üçün çox hesab edilən məhsul dövlət tərəfindən müəyyən edilmiş qiymətə əlindən alınırdı. Rusiya Vətəndaş müharibəsi bitdikdən sonra iqtisadiyyat sahəsində Yeni İqtisadi Siyasətə (YİS) keçildi. Xüsusən də ərzaq vergisi olan "prodnalog" da dəyişiklik həyata keçirildi. Yeni siyasətin əsasında kəndlilərin işləmə həvəsini yenidən yüksəltmək və onları daha çox məhsul istehsal etməyə təşviq etmək idi.
Torpaqları vaxtaşırı yenidən bölüşdürən əvvəllər mövcud olan kommunalar texnikanın təkmilləşdirilməsinə çox az kömək etdi və Sovet hökumətinin nəzarətindən kənarda bir güc mənbəyi formalaşdırdı. YİS altında kənddə varlılarla kəndlilər arasındakı fərq böyüdü, bu fərq kiçik olaraq qalsa da, bolşeviklər özlərinin QULAQ yanaşmalarına başladılar. Bu yanaşmanın əsas hədəfində özünə bəs edəcək qədər torpağı, bir neçə işçi işlədib, bir neçə heyvan ala biləcək vəziyyətdə olan kəndlilər idi. QULAQ-a məruz qalan və qolçomaq adlandırılanlar izafi kənd təsərrüfatı məhsullarını gizlədib saxlamaqda ittiham edilirdilər. Bununla belə, bu qrupu aydın şəkildə müəyyən etmək çətin idi, çünki kəndlilərin yalnız 1%-i fəhlə işləyirdi (kapitalistin əsas marksist tərifinə əsasən) və ölkə əhalisinin 82%-i kəndli idi. Robert Conquestə görə, qolçomaq ifadəsi həmçinin onu işlədənə gərə də fərqlilik göstərməkdə idi, Stalinin ilk beşillik planı dövründə "qonşlarından daha çox bir neçə inəyə və ya 2 hektar torpağa sahib olan kəndlilər də qolçomaq olaraq yarlıqlanırdılar".thumb|1933-cü ildə Sovet Özbəkistanında nəşr edilmiş "Kolxozlarda iş intizamını gücləndirin" yazılmış propaqanda materialı.Kəndlilərin əksəriyyətinin kiçik payları şəhərlərdə ərzaq çatışmazlığı ilə nəticələndi. Taxıl, demək olar ki, müharibədən əvvəlki istehsal səviyyəsinə qayıtsa da, onu şəhər bazarları üçün istehsal edən böyük mülklər bölünmüşdü. Baha qiymətə istehsal olunan malları almaq üçün pul qazanmaqda maraqlı olmayan kəndlilər məhsullarını satmaqdansa, istehlak etməyi üstün tutdular. Nəticədə, şəhər sakinləri müharibədən əvvəl mövcud olan taxılın yalnız yarısını gördülər. İnqilabdan əvvəl kəndlilər 16 milyon təsərrüfata bölünmüş yalnız 2.100.000 km² əraziyə nəzarət edirdilər, Rusiyada yetişdirilən qidanın 50% -ni istehsal edirdilər və ümumi ərzaq istehsalının 60% -ni istehlak edirdilər. İnqilabdan sonra kəndlilər 25 milyon təsərrüfata bölünmüş 3.140.000 km² əraziyə nəzarət edirdilər, ərzağın 85% -ni istehsal edirdilər, lakin yetişdirdiklərinin 80% -ni istehlak edirdilər (yəni ümumi məhsulun 68% -ni yeyirdilər).
Sovet İttifaqı Kommunist Partiyası kənd təsərrüfatı sahəsindəki özəl mülkiyyətlə bağlı heç də xoş münasibətli deyildi və ən yaxşı həll yolu kimi kollektivləşdirilməni düşünürdü. Lenin iddia edirdi ki, "kiçik istehsal elementar qüvvə ilə və böyük nisbətdə daim, hər gün, hər saat doğur kapitalizmi və burjuaziyanı meydana çıxarır". İdeoloji məqsədlərdən başqa, İosif Stalin sürətlə ağır sənayeləşmə proqramına başlamaq istəyirdi ki, bu da artan sənaye işçi qüvvəsini qidalandırmaq və maşın idxalını (taxıl ixrac etməklə) ödəmək üçün kənd təsərrüfatı sektorundan daha böyük izafi vəsaitlərin çıxarılmasını tələb edirdi. Sosial və ideoloji hədəflərə kəndlilərin xalqa sosial xidmətlər göstərən və dövlətin səlahiyyətlərini artıran kooperativ iqtisadi müəssisəyə səfərbər edilməsi yolu ilə xidmət ediləcəkdi. Kollektivləşdirmə təkcə sənayeləşdirməni maliyyələşdirmək yox, lakin bu, həm də bolşeviklərin qolçomaqları və ümumiyyətlə kəndliləri arxa plana keçirərək sistemli şəkildə məhv etmə yolu idi. Stalin kəndlilərə inanılmaz dərəcədə şübhə ilə yanaşır, onları sosializm üçün əsas təhlükə hesab edirdi. Stalinin kollektivləşdirmə prosesindən istifadəsi təkcə taxıl çatışmazlığını ortadan qaldırmaq üçün xidmət etmirdi. Bunda onun kəndlilərin kolxoz quruluşuna və dövlət tərəfindən verilən taxıl tədarükünə uyğun gəlmək istəyindən daha çox narahat olması da rol oynayırdı. O, buna kollektivləşdirmənin bir vasitəsi olaraq qolçamaqları sinif olaraq cəzalandırmanın yolu kimi dəyərləndirirdi.
1928-ci il böhranı Daha çox taxıla olan bu tələb kənd yerlərində müqavimət göstərilən müsadirə/toplanma siyasətinin yenidən tətbiqi ilə nəticələndi. 1928-ci ildə Sovet İttifaqının qonşu bazarlardan aldığı taxılda 2 milyon ton qıtlıq yaranmışdı. Stalin taxılın istehsal edildiyini, lakin "qolçomaqlar" tərəfindən yığıldığını iddia edirdi. Stalin kəndlilərin tərəfində görünməyə çalışırdı, lakin bu kömək etmədi və kəndlilər bütövlükdə taxılın dövlət tərəfindən müsadirəsindən narazı idilər. Kəndlilər ədalətsiz zəbt edildiyini düşündükləri mallarının qorunması üçün əllərindən gələni edirdilər. Siyasi Büro qiyməti qaldırmaq əvəzinə, 2,5 milyon ton taxılın da ələ keçirilməsi üçün fövqəladə tədbir qəbul etdi.
thumb|Sovet terminologiyası ilə kəndlilərin kateqoriyalaşdırılmasının rəsmi: bednyaklar və ya kasıb kəndlilər; serednyaklar və ya orta gəlirli kəndlilər və qolçomaqlar, yəni yüksək gəlirli kəndlilər. 1926-cı ildə Projectorda çap edilmişdir.
Taxılın bu yollarla dövlət tərəfindən müsadirə edilməsi kəndliləri taxıl əkiminə həvəsdən saldı. Buna baxmayaraq, 1928-ci idə daha az taxıl istehsal edilmiş oldu və dövlət yenidən ələ keçirilmə barədə göstəriş verdi. Orta sinfə mənsub olan şəxslərdən daha çox müsadirə edildi. Bu malların "qolçomaqların" əlində qalmaması üçün həyata keçirilmişdi. Bunun yoxsul kəndlilərə təsiri onları şəhərlərə köçməyə məcbur etdi. Kəndlilər sürətlə genişlənən sənayedə iş axtarmaq üçün köçdülər. Bununla belə, kəndlilər öz vərdişlərini təsərrüfatlardan gətirdikləri üçün onların gəlişinə kifayət qədər mənfi təsir göstərdi. Onlar punktuallıqla mübarizə aparırdılar və kifayət qədər zəif iş etikası nümayiş etdirirdilər ki, bu da onların iş yerində fəaliyyət göstərmə qabiliyyətinə mane olurdu. 1929-cu ildə, xüsusən də taxıl tədarükü üçün Ural-Sibir Metodunun tətbiqindən sonra, bəzi şiddətli müqavimət hadisələri ilə taxıl müsadirəsinə qarşı müqavimət geniş vüsət aldı. Həmçinin, taxılı dövlətdən gizlətmək üçün kütləvi yığım (basdırılma adi üsul idi) və qanunsuz taxıl daşınması baş verdi.
Kəndlilərin taxıllarını verməkdən imtina etməsindən sonra Kommunist Partiyası Mərkəzi komitəsinin 1929-cu ilin noyabrındakı qərarına əsasən bütün ittifaq boyunca kollektivləşdirmə siyasətinə başlanıldı.
Xalq Kənd Təsərrüfatı Komissarlığı (Narkomzem) tərəfindən mülkiyyətin ümumi saxlanma dərəcəsinə görə fərqlənən bir neçə kollektiv təsərrüfat formaları təklif edildi:
Birgə Torpa Əkimi Assosiasiyası (rusca:Товарищество по совместной обработке земли, qısa şəkildə: ТОЗ/TOZ)/ Bu layihədə yalnız torpaqların ümumi istifadə saxlanılması təklif edilirdi. Kənd Təsərrüfatı Arteli. 1930-cu ilin martında Sovnarkom tərəfindən qəbul edilmiş Kənd Təsərrüfatı Artelinin Nümunəvi Əsasnaməsi ilə əvvəlcə geniş anlamda nəzərdə tutulsa da, sonra kolxozların təşkilati əsasına çevrilmək üçün qəti bir üslubda rəsmiləşdirildi. Resursların ümumi istifadəsi ən yüksək səviyyədə olan kənd təsərrüfatı kommunası.
Həmçinin kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif kooperativlər də qurulurdu.
1929-cu ilin noyabrında Mərkəzi Komitə kolxoz və sovxoz şəklində sürətləndirilmiş kollektivləşmənin həyata keçirilməsi haqqında qərar qəbul etdi. Bu, kəndlilərə öz artıqlıqlarını açıq bazarda satmağa imkan verən Yeni İqtisadi Siyasətin (NEP) sonu oldu. Kolxozlara tabe olmaq və üzv olmaq istəyən kəndlilər daha keyfiyyətli torpaq və vergi güzəştləri ilə mükafatlandırılırdı, kolxozlara qoşulmaq istəməyən kəndlilər isə aşağı keyfiyyətli torpaq və vergilərin artırılması ilə cəzalandırılırdılar. Kəndlilərə qoyulan vergilər, ilk növbədə, Stalinin prioritet etdiyi sənaye blitsini maliyyələşdirmək üçün idi. Əgər sosial məcburirediciliyin bu kiçik formaları səmərəsiz olsa, mərkəzi hökumət dövlət məcburiyyətinin daha sərt formalarına əl atacaqdı. Stalin çoxlu qulaqları kənd təsərrüfatında əmək düşərgələrində işləmək üçün uzaq yerlərə kolxozlara göndərmişdi. Buna cavab olaraq bir çox kəndlilər müqavimət göstərməyə başladılar, tez-tez şəhərlərdən göndərilən fəallara qarşı silahlanmağa başladılar. Etiraz forması olaraq, bir çox kəndlilər heyvanlarını kolxozlara verməkdənsə, yemək üçün kəsməyə üstünlük verdilər, bu da mal-qaranın sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu.
İnqilabdan sonra kollektivləşmə təşviq edilmişdi, lakin 1928-ci ildə əkin sahələrinin yalnız 1%-i kollektivləşdirildi və kollektivləşməni təşviq etmək və məcbur etmək səylərinə baxmayaraq, kifayət qədər optimist olan birinci beşillik plan təsərrüfatların yalnız 15 faizinin kollektiv şəkildə idarə olunmasını proqnozlaşdırmışdı.
Mütləq cəhd, 1929–1930-cu illərin qışı 1929-cu ilin payızı və 1930-cu ilin qışında vəziyyət sürətlə dəyişdi. 1930-cu ilin sentyabr və dekabr ayları arasında kollektivləşdirmə 7,4%-dən 15%-ə yüksəldi, lakin 1930-cu ilin ilk iki ayında 11 milyon ailə kollektivləşdirilmiş təsərrüfatlara qoşuldu və demək olar ki, 'bir gecədə" ümumi sayı təxminən 60%-ə çatdı.