Devid Akselrod () — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur.
Tərcümeyi-halı Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.Ben Wallace-Wells. A star strategist offers Democrats a new vision. — The International Herald Tribune, 30.03.2007Patrick T. Reardon. The Agony and the Agony. — Chicago Tribune, 24.06.2007. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.Ned Temko. He’s the man who makes Obama run. — The Observer, 27.07.2008. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi.Jason Zengerle. The Message Keeper. — The New Republic, 05.11.2008Tim Shipman. David Axelrod: Can the 'Axe' cut it as Barack Obama bids for US election victory? — The Telegraph, 23.08.2008.
Akselrod erkən yaşlarında siyasətə meyil etmişdir. Məsələn, hələ 13 yaşı olanda o, Nyu-Yorkdan olan senator Robert Kennedinin Demokratlar Partiyasından ABŞ prezidentliyinə yeganə namizəd olması üçün keçirilən seçkiqabağı kompaniya zamanı namizədin şəkli olan döş nişanlarını paylamışdı, lakin Robert Kennedi 1968-ci ilin iyununda sui-qəsd nəticəsində öldürüldü..David Axelrod: Political strategist. — The Independent, 25.10.2008..Maria L. La Ganga. The man behind Obama’s message. — Los Angeles Times, 15.02.2008..Amanda Paulson. David Axelrod: architect of Obama’s unlikely campaign. — The Christian Science Monitor, 15.07.2008..Kennedy, Robert Francis, (1925–1968). — Biographical Directory of the United States Congress (bioguide.congress.gov). Orta məktəbi başa vuran Cozef Akselrod Çikaqo universitetinə (University of Chicago) daxil olmuş və elə həmin ilin yayında The Villager adlı manhetten qəzetində reportyor kimi fəaliyyətə başlamışdır..
Xarici keçid "A true believer meets reality", The Economist, Feb 14th 2015.
İstinad
Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Çikaqoda doğulan yazıçılar Kateqoriya:Nyu-York şəxsləri