Daş əməliyyatı və ya Dəliliyin müalicəsi (ing. The Stone Operation) — Holland rəssam İeronim Bosxun çəkdiyi tablo. Yağlı boya ilə taxta üzərində çəkilmiş rəsm, 1475–1480-ci illər arasında hazırlanmıştır. Hündürlüyü 48 sm, eni isə 35 sm olan tablo, hal-hazırda Madriddəki Prado muzeyində mühafizə olunur.
Əsər haqqında İeronim Bosxun məişət mövzulu ilk əsəri olan Daş əməliyyatı, dövrün insanlarının cahilliyini əks erdirir. Əsərdə təsvir olunan hadisə o dövrdə məşhur olan daş əməliyyatıdır. Dəlilərin başlarında daş olduğuna inanan savadsız insanlar, fırıldaqçı həkimlərin daşı çıxararaq onları müalicə edəcəyinə inanır. Şəkildə əməliyyatı həyata keçirən həkimin başındakı qıf onun yalançı olduğuna bir işarədir. Göründüyü kimi həkim dəlinin başından, gözlənilənin əksinə daş yox gül çıkarır. Beləliklə rəssam bu əsərlə fırıldaqçı həkimləri ifşa etməyə çalışır.
Həmçinin bax İeronim Bosx
İstinadlar Kateqoriya:1475-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:İeronim Bosxun rəsm əsərləri Kateqoriya:Prado muzeyi kolleksiyasındakı rəsm əsərləri