() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa məlumat Orta ölçüyə malikdir. Bədəninin uzunluğu 69 sm, quyruğu isə 11 sm təşkil edir. Bəzən bu növün tünd qırmızı və qara rəngdə olanlarına rast gəlir.
Yayılması Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, şimali Türkmənistan, Tacikistan, Özbəkistan, şimal-qərbi Çin, Monqolustan ərazilərində rast gəlmək olar.
Həyat tərzi Bu növ ilanları demək olar ki, hər yerdə görmək olar. Yarımsəhra, dağ çölləri, dağ meşələri, alp və subalp çəmənliklərində və hətta 3000 metr yüksəkliklərdə belə görmək olar.
İnsanların çox yaşadığı ərazilərdə az təsadüf edilir. Bu əsasən yazın sonu, yayın əvvəlinə təsadüf edir. Çütləşmə aprel-may aylarına baş verir. Yaz və payızda gündüz, yayda isə gecə həyatı keçirir. Dişi avqust ayında 3–14 bala verir. Balalar 160–190 mm uzunluğa və 5–7 q çəkiyə malik olur. Əsasən kərtənkələlər, kiçik quşlar və gəmiriçilərlə qidalanır.
Zəhəri Bu ilanın zəhəri insan üçün təhlükəlidir. Dişlənmiş yerdə və qana keçən zəhər daxili orqanlarda güclü qanaxma yaradır. Bununla belə 5–7 gündən sonra sağalma başlayır.
Atlar və digər ev canlılarının çalınması isə birmənalı olaraq ölümlə nəticələnir.Орлов Б. Н. Гелашвили Д. Б. Ибрагимов А. К. Ядовитые животные и растения СССР — : Высшая школа, 1990. — С. 120. — ISBN 5-06-001027-9
İstinadlar
Mənbə Adi qalxansifət
Həmçinin bax
Kateqoriya:Avrasiya sürünənləri Kateqoriya:Azərbaycan sürünənləri Kateqoriya:İran sürünənləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları